Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI)-dan Vakansiya: Şöbə müdiri və Elmi işçilər tələb olunur
Vakansiyalar:
– Şöbə müdiri
– Baş elmi işçi
– Aparıcı elmi işçi
– Böyük elmi işçi
– Elmi işçi
– Kiçik elmi işçi
İstiqamətlər:
– İqtisadi inkişaf siyasətinin təhlili
– Makroiqtisadi siyasətin təhlili
– İqtisadi modelləşdirmə, statistika və data analitikası
– Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili
– Yerli və beynəlxalq əməkdaşlıq məsələləri
– Keyfiyyətə nəzarət və planlaşdırma məsələləri
– Elm, təhsil və karyera inkişafı məsələləri
Tələblər:
– Təhsil: Ali (İqtisadiyyat və əlaqəli sahələr; Magistr və doktorantura təhsili böyük üstünlükdür)
– İş təcrübəsi: Müvafiq sahədə həm nəzəri, həm də praktiki cəhətdən təcrübə (Təcrübə bəzi vəzifələr üzrə məcburi xarakter daşımır, lakin üstünlükdür)
– Yaş: 21-50
– Proqram bilikləri: Microsoft Office proqramları (Sahə üzrə tətbiq oluna biləcək digər proqramlar üstünlükdür)
– Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (üstünlükdür)
– İqtisadi sahələrdə qlobal trendlərə maraq
– Akademik platformalarda nəşrlər (üstünlükdür)
– Analitik düşüncə qabiliyyəti və təhlil bacarığı
Müraciət üçün:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə özlərinə uyğun “İstiqamət” və “vəzifə”ni yazaraq office@esri.gov.az e-mail ünvanına göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
