inline Loqo İşə Qəbul 2023: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Antaris ofis ləvazimatları şirkətindən İş Elanları və Vakansiyalar

Loading

Sosial Media üzrə Mütəxəssis tələb olunur

5/5 - (3 səs)

Antaris ofis ləvazimatları şirkətindən Vakansiya: Sosial Media üzrə Mütəxəssis tələb olunur

Vəzifə öhdəlikləri:
– Müəssisənin brendləri, məhsulları və xidmətləri üzrə sosial mediya marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi (Yeni məhsullar, Kampaniyalar, Press-relizlər və s);
– Mövzuya uyğun yüksək keyfiyyətdə cəlbedici kontentin veb məzmunun (mətn, foto, video) hazırlanması, hazırlanmasının təşkili, paylaşılması, effektivliyini izləmək üçün marketinq və məhsul komandası ilə əməkdaşlıq;
– Şirkətin bütün sosial şəbəkə hesablarının idarə edilməsi, admin panelə nəzarət, sosial media kanalları vasitəsilə internet izləyicilərinin və müştərilərin cəlb edilməsi və onlayn aktivliyin təşkil edilməsi üçün kontentin inkişaf etdirilməsində daima yeni təkliflərin eilməsi və kifayət qədər sərbəst işləməyi bacarmaq.;
– Sosial media üçün həftəlik, aylıq, rüblük məzmun marketinqi təqviminin post planının tərtib edilməsi və plana uyğun postların hazırlanması, ilboyu riayət edilməsi;
– Rəqib analizi, meyarların araşdırılması və inkişaf üçün təkliflərin verilməsi;
– Gündəlik şərhlərin və mesajların vaxtında cavablandırılması;
– E-kommersiya meneceri və ya Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
– Aylıq hesabat hər ayın son günü e-mail vasitəsilə E-kommersiya menecerinə, kommersiya direktoru cc-də olmaqla göndərilməlidir.

Namizədlərə tələblər:
– Təhsil – Ali (Biznesin idarə edilməsi, iqtisadi, marketinq, ticarət üstünlük verilir)
– Müvafiq sahədə müvəffəqiyyətli əvvəlki təcrübə, 1 il-ə yaxın;
– Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili – yaxşı, əla, İngilis dili – üstünlük verilir
– Kompyuter bilikləri: MC Word, MC Excell, MC Outlook, Power point, Gmail proqramları peşəkar istifadəçi.
– Sosial şəbəkələr, irəliləyiş alətləri və üsullarından və onlayn platformadan peşəkar istifadə bacarığı;
– Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək, mobil telefonla videoçəkiliş və redaktə etmək bacarığı;
– Enerjili, punktual, yüksək məsuliyyət, dəqiqlik, dürüstlük və kollektivdə işləmə bacarığı olmalı; Şəxsi inkişafa meyli olmalı;
– Yaş həddi 21-33 yaş arası;
– Məqsədyönlülüyü, planlaşdırma qabiliyyəti, fors-major və stresli vəziyyətlərə dözümlü olmaq;
– Müraciət edən kişi namizədlərin hərbi xidməti keçmiş olması və ya hərbi xidmətə yararsızlıq haqqında hərbi biletin olması.

İş Rejimi:
– İş qrafiki: 6 gün,
– I-V günlər tam iş günü, VI gün qısa iş günü.
– İstirahət günü – bazar;
– İş ünvanı: Ə. Rəcəbli 46 B;
– Karyera yüksəlişi və maaş artımı imkanı mövcuddur.

Əmək haqqı:
– başlanğıc maaş 500 manat təşkil edir (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Sosial Media üzrə Mütəxəssis” qeyd edərək hr@antaris.az epoçt ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

YouTube video

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!