Azərimed QSC Vakansiya elan edir: Sürücü tələb olunur
Vəzifə öhdəlikləri:
– Şirkətin anbarından dərman preparatlarının və ləvazimatların şəhər və bölgələrdəki apteklərə çatdırılmasını və təhvil-təslimini təmin etmək;
– Yol hərəkəti qaydalarına riayət edilməsi;
– İdarə edilən avtomobilin sazlığına və səliqəliliyinə daim nəzarət edilməsi;
– Tapşırıqların vaxtında və dəqiq icra olunması.
Tələb olunan bilik və bacarıqlar:
– Yaş: 30-45;
– Təcrübə: Yük maşınlarının idarə olunmasında 1-3 il təcrübə;
– Sürücülük vəsiqəsi: B və C kateqoriyası mütləqdir (D kateqoriyası üstünlükdür);
– Şəhər ətrafı əraziləri yaxşı tanımalı;
– İşində dəqiq və məsuliyyətli olmalı.
İş rejimi:
– İş qrafiki: 08:30-17:30
– Ünvan: 1. Bakı dairəvi yol, Meyvəli bazarın yanı
– Ünvan: 2. Nərimanov rayonu, Asif Məmmədov 30
Əmək haqqı:
– Aylıq məvacib 750-800 manat GROSS təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Sürücü” qeyd edərək cv@azerimed.com epoçt ünvanına ya da (055) 455-84-04 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur