Baku Electronics Mağazalar Şəbəkəsindən Vakansiya: Sürücü tələb olunur
Vəzifə öhdəlikləri:
– Avtomobilin texniki vəziyyətini yoxlamaq və xəttə çıxmazdan əvvəl qəbul etmək , avtotəsərrüfata qayıtdıqdan sonra maşını təhvil vermək və ona ayrılmış yerə qoymaq;
– Avtomobilləri yükləmə zamanı yük altına vermək, yükləri yükləyib-boşaltmaq, yükü yerləşdirilib kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqları aradan qaldırmaq;
– Yol sənədlərini rəsmiləşdirmək;
– Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək.
Namizədlərə tələblər:
– Yaş: 25 – 50
– BC kateqoriyalı sürücülük vəsiqəsi
– Korporativ iş mühitində işləmə bacarığı
– İş təcrübəsi/ Böyük həcmli yük maşını idarə etməkdə azı 3 il iş təcrübəsi
İş rejimi:
– İş rejimi: Tam iş günü (6 gün),
– Gündəlik 8 saat
Əmək haqqı:
– maaş 600 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat;
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Sürücü” qeyd edərək hr@bakuelectronics.az elektron ünvanına ya da (055) 203-66-14 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
