Baku Agropark MMC Təhlükəsizlik Əməkdaşı vakansiyası üzrə işə qəbul elan edir
Vəzifə öhdəlikləri:
– Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin təşkili;
– Jurnalda qeydlər aparmaqla qonaqların qəbul edilməsi və yola salınması;
– Giriş qapısını və digər tapşırılan obyektləri daimi olaraq nəzarətdə saxlanılması;
– Xidmət göstərdiyi obyekt və postun iş fəaliyyətinə görə və yaranmış neqativ hallar üzrə təhlükəsizlik işlərini həyata keçirmək;
– Növbəni təhvil verərkən xidmətdə olduğu müddətdə baş vermiş neqativ hallarla bağlı xidməti təhvil alan əməkdaşa (qeydiyyat kitabında) yazılı şəkildə və növbə sonunda isə birbaşa rəhbərinə məlumat vermək;
– İş fəaliyyətini nəzarət buraxılış məntəqələrində (Giriş-çıxış postlarında) icra etdiyi təqdirdə yoxlanışdan keçən insan və nəqliyyat vasitələrinin şirkət tərəfindən təyin edilmiş qaydalarda keçidini və qeydiyyatının aparılması proseslərini həyata keçirmək;
– Şirkətə daxil olan digər əməkdaşların yoxlamadan keçirilməsi, qeydiyyatının aparılması və ehtiyac olduqda qonaq kartı ilə təmin edilməsi proseslərini icra etmək;
– Müəssisədə təhlükəsizlik standartlarına və protokollərinə əsaslanan tədbirlərin hazırlanması və təmin edilməsi;
– Daxili və xarici təhlükə faktorlarının qiymətləndirilməsi və azaldılması üçün tədbirlərin təşkil olunması;
– Təhlükəsizlik kameraları və sensor sistemləri ilə Müəssisənin müşahidəsi;
– Şübhəli fəaliyyət göstərən şəxslərlə əlaqə qurmaq və lazımi tədbirləri götürmək;
– Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək.
Namizədlərə tələblər:
– Ali təhsil (arzuolunandır);
– Minimum 1 illik iş təcrübəsi;
– MS Office proqramlarında işləmək bacarığı (arzuolunandır);
– Yaş həddi: 20-30yaş;
-Boy göstəriciləri : 170sm və yuxarı;
– Kişi əməkdaşlar hərbi mükəlləfiyyətli.
İş rejimi:
– Kişi əməkdaşlar üçün növbəli qrafik, qadın əməkdaşlar üçün 6günlük qrafik;
– İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi
– İş yerinə gediş-gəliş servislə təmin olunur
– Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı:
– Aylıq məvacib 550 manat NET təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təhlükəsizlik Əməkdaşı” qeyd edərək hr@bakuagropark.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur