OBA Marketlər şəbəkəsindən Vakansiya: Təhlükəsizlik əməkdaşı tələb olunur
Vəzifə öhdəlikləri:
Ofisə daxil olan qonaqların və işçi heyətinin qarşılanaraq qeydiyyatının aparılması;
Təhlükəsizlik kameralarına ümumi nəzarət olunması;
Həyəcan siqnallarının nəzarətdə saxlanılması;
İnzibati binanın təhlükəsizliyinin təmin olunması;
Namizədə dair tələblər:
İş təcrübəsi: Təhlükəsizlik əməkdaşı və ya qeydiyyatçı kimi ən az 1-2 il;
Yaş: 23-35;
Kompüter bilikləri: MS Office ;
Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
Diqqətlilik;
Problem həll etmə;
Əmək haqqı: 500 Azn
İş qrafiki:Dəyişkən
Əlavə təminatlar:
Nahar;
Korporativ nömrə;
Müraciət üçün:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təhlükəsizlik əməkdaşı” yazaraq cv@oba.az göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.