İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
AS İnşaat-dan Real İş Elanları və Aktiv Vakansiyalar

Loading

Tibb bacısı tələb olunur

4.5/5 - (11 səs)

AS İnşaat MMC Vakansiya elan edir: Tibb bacısı (qardaşı) tələb olunur

Vəzifə öhdəlikləri:
– İşçi heyətinə tibbi xidmətin göstərilməsini təmin etmək
– Mualicə-profilaktik işləri və sanitar-maarifləndirmə işlərini yerinə yetirmək
– Zədələnən şəxslərə qulluq etmək və paliativ yardımı həyata keçirmək
– Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardım göstərmək
– Təyinat əsasında diaqnostik və müalicəvi manipulyasiyaları yerinə yetirmək
– Dərman preparatlarının alınması və saxlanılmasını təmin etmək, yararlılıq müddətini nəzarətdə saxlamaq
– İşlənmiş materialların toplanmasını, atılmasını və utilizasiyasını təmin etmək
– İşçilərin sağlamlıq vəziyyəti ilə bağlı statistikanı, lazım olan dərman preparatlarının aylıq siyahısını və digər tibbi sənədləri tərtib etmək
– Tibbi ləvazimatların istismara yararlılığını nəzarətdə saxlamaq və təhlükəsizlik qaydalarını bilmək

Namizədlərə tələblər:
– Tibb bacısı(qardaşı) işi üzrə orta ixtisas və ya Ali təhsil
– Minimum 2-3 il iş təcrübəsi
– Səhiyyə Nazirliyinin sertifikatindan kecmiş
– Əsas müalicə və diaqnostik müayinə formalarını, prosedurlarını bilmək və tətbiq etmək
– Tibb bacısı (qardaşı) fəaliyyətinin bütün sahələrində hüquq və vəziflərini, ixtisas sahəsi üzrə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış təlimatları, öhdəlikləri bilmək
– Müalicə-diaqnostika, xəstəliklərin profilaktikası prosesində, sağlam həyat tərzinin təbliğində tibb bacısının (qardaşının) rolunu və vəzifələrini, tibb müəssisələrinin təşkilati strukturunu, tibb ləvazimatlarla iş zamanı təhlükəsizlik texnikası qaydalarını, müəssisədaxili intizam qaydalarını, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilmək
– Tibb bacısının (qardaşının) fəaliyyətinin bütün sahələrində sanitar-epidemioloji rejimə, aseptika və antiseptika qaydalarına çox ciddi riayət etmək bacarığına malik olmaq
– İşçilərə qulluq və müayinə-müalicə prinsiplərini həyata keçirərkən etik normalara və deantoloji qaydalara əməl etmək
– Sanitar-gigiyenik normaları, qaydaları bilmək və tətbiq etmək
– İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasını aparmaq, işçilər arasında xəstə şəxsləri aşkar etmək və düzgün istiqamətləndirmək
– Kollektiv arasında ünsiyyət qurmaq bacarığı
– Öz peşə fəaliyyətində insanların sağlamlığının keşiyində durması yönündə rolunu, əhəmiyyətini və peşəsinin dünyəviliyini bilmək

İş rejimi:
– İş yeri: Qarabağ bölgəsi (Zəngilan)
– İş qrafiki: həftənin 6 günü
– Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir.

Əmək haqqı:
– Aylıq məvacib 1300 manat (NET) təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tibb bacısı” yazaraq hr@asinshaat.az e-poçt ünvanına əlavə edib göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!