AzəriMed QSC Vakansiya elan edir: Tibb bacısı tələb olunur
Vəzifə öhdəlikləri:
– Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək;
– Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
– Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək;
– Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
– Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;
– Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması;
– İnyeksiyaların vurulması;
– Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət
Namizədlərə tələblər:
– Yaş: 22-45 yaş;
– Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili mütləqdir;
– Təcrübə: Stasionar şöbədə minimum 2 il iş təcrübəsi mütləqdir;
– Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
– İşində məsuliyyətli olmalıdır.
Əmək haqqı:
– Aylıq məvacib 400-500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Tibb bacısı” qeyd etməklə cv@azerimed.com e-poçt ünvanına ya da (055) 455-84-04 Whatsapp nömrəsinə əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur