Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Vakansiya: Tibb bacısı / Feldşer tələb olunur
Vəzifə: Tibb bacısı
İş yeri: Bakı şəhəri və bölgələr
İş təcrübəsi: 1 il
Təhsil: “Feldşer” və ya “Tibb bacısı” ixtisası üzrə orta tibb təhsili
Yaş həddi: 23 – 45 yaş
Vəzifə öhdəlikləri:
-Ekspertiza işlərinin normal gedişinə şərait yaradılmasını təmin etmək;
-Tibb qeydiyyatçısının işinə nəzarət, həkim-ekspertlərin tapşırıq və təyinatlarının qeydiyyatını aparmaq;
-Xəstələrin vəziyyətini nəzərə alaraq müayinə növbəsini təşkil etmək, ehtiyac olduqda xəstələrə ilkin tibbi yardım göstərmək;
-Komissiyanın arxivinin düzgün saxlanılmasını təmin etmək;
-Tibbi-sosial ekspert komissiyasının hesabatının tərtibində iştirak etmək, göstəriş və tapşırıqları yerinə yetirmək;
-Tibbi-sosial ekspert komissiyasına daxil olan təlimatların və elmi ədəbiyyatın saxlanılmasını təmin etmək;
-Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər:
-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: 800-1000 AZN.
Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
İş qrafiki: 5 günlük – 09:00–18:00
Müraciət qaydaları:
Müraciət qaydaları: dtsera_cv@sosial.gov.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.