Hacıqabul Quşçuluq Şirkəti MMC Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək;
– Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət;
– Tibbi alətlərin, sarğı ləvazimatlarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasının həyata keçirilməsi;
– Şirkət əməkdaşlarına qulluq edərkən tibb bacısının apardığı prosesin bütün mərhələlərini yerinə yetirir (xəstənin vəziyyətinin ilkin qiymətləndirilməsi, alınmış məlumatların şərh edilməsi, xəstəyə ilkin tibbi yardım göstərilməsi təcili yardıma qədər ilkin prosesləri həyata keçirmək.
– Şikayətə görə ilkin dərəcələndirilməsi.
Namizədlərə tələblər:
– Tibbi sahədə təhsil (Dövlət tərəfdən təstiq olunmuş)
– Səhiyyə Nazirliyinin sertifikasiyası.
– Cins : Fərq etməz ;
– Yaş həddi : 25 yaşdan – 50 yaşadək;
İş rejimi:
– İş yeri : Hacıqabul rayonu
– İş rejimi – 6 günlük iş həftəsi
– Nahar şirkət tərəfindən qarşılanır;
– Hacıqabul, Şirvan və Sabirabad rayonlarına nəqliyyat servis xidmətimiz fəaliyyət göstərir
Əmək haqqı:
– Aylıq məvacib 400-500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb bacısı” qeyd edərək hr@yumurtan1.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur