İmprotex Group-dan Vakansiya: Tornaçı tələb olunur
Vəzifə öhdəlikləri:
– Görüləcək işlərin xüsusiyyətlərini müəyyən etmək üçün texniki təsvirləri oxuya bilmək və iş təlimatlarını araşdırmaq
– Torna zəzgahının və digər müvafiq avadanlıqların istismardan əvvəl yoxlanılmasını təşkil etmək
– İş sahəsini işin tələblərinə və iş yerinin qaydalarına uyğun olaraq hazırlamaq
– Görüləcək işə uyğun bütün ləvazimatları, kəsici və ölçü alətlərini seçmək
– Torna dəzgahında detalların düzgün quraşdırılması, mərkəzləşdirilməsi və dəzgahın işə salınmasını icra etmək
– Detalların torna dəzgahında xüsusi alətlər vasitəsi ilə yonulmasını icra etmək
– Müxtəlif profilli və addımlı, çox girişli yivlərin açılmasını icra etmək
– Torna dəzgahının söndürülməsi, bütün alətlərin onlar üçün ayrılmış yerlərə yığılmasını təmin etmək
– İstismar zamanı torna dəzgahının işinə və sürətinə nəzarət etmək
– Dəzgahda yaranan qüsurların aradan qaldırılması, təmir və ya sazlama işlərinin yerinə yetirilməsində iştirak etmək
– Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etmək
– İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək
Namizədlərə tələblər:
– Texniki təsvirləri oxuma qabiliyyəti olmalı
– Diqqətli, çevik və məsuliyyətli olmalı
– Kollektivdə işləmək bacarığı olmalı
İş rejimi:
– 6 günlük iş həftəsi, 09:00-dan – 17:00-dək
– Şənbə günü 09:00-dan – 14:00-dək
– Bazar günü istirahət günü
– Ünvan: Qaradağ r-nu, Salyan şossesi, 15-ci km
– Servis avtobusla təmin olunur
Əmək haqqı:
– Əmək haqqı: 1000-1300 manat
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Tornaçı” qeyd etməklə hr@improtex.az ünvanına göndərmələri xahiş olunur
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
