Loqo İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
SOCAR şirkətində İş Elanları və Vakansiyalar
Vakansiya haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün səhifəni sona kimi aşağı sürüşdürün və müraciət üçün bölməsində qeyd olunmuş whatsapp nömrəsinə ya da epoçt ünvanına CV göndərin

Loading

Tornaçı tələb olunur

4.4/5 - (13 səs)

SOCAR Kompleks Qazma İşləri Tresti Vakansiya elan edir: Tornaçı tələb olunur

Vəzifə öhdəlikləri:
– Universal torna dəzgahlarında çoxlu sayda keçidləri və çətin əl çatan yerləri olan, kombinasiyalı bərkitmə tələb edən mürəkkəb quruluşlu detal və alətlərin 1-5-ci kvalitetlər və 1-2-ci dəqiqlik səviyyələri üzrə hazırlamaq;
– Deformasiyaya uğramış iri qabaritli və nazik uzun detalların, həmçinin halqaların universal və unikal torna dəzgahlarında işləmək;
– Yeni və işlənmiş diyircəkli valların torna dəzgahında işləmək;
– Top drayv, quyudibi mühərriklər və avadanlıqlarda yivləri açmaq;
– Kəmərin buraxılmasında istifadə olunan halqaları kəsmək və yonmaq;
– Bütün növ borularda yivlər açmaq.

Namizədlərə tələblər:
– Təhsil pilləsi: Peşə təhsili
– Tələb edilən iş stajı: Yoxdur
– Sertifikat tələbləri: Yoxdur

Xüsusi biliklər:
– Torna dəzgahlarının konstruksiyası və onların dəqiqliyə yoxlanmasını;
– Detalların quraşdırılması, bərkidilməsi və əməliyyatların texnoloji ardıcıllığını;
– Mühərriklərin işləmə prinsipi və texnologiyasını;
– Yivlərin növləri, onların açılma mexanizmlərini;
– Quyu qazılmasının texnoloji prosesi haqqında ümumi məlumatı;
– Top drayv, yass, hidrogenişləndirici, turbin qazıyıcıları və vintli quyudibi mühərriklərin işləmə prinsipi və texnologiyasını;
– Top drayv, quyudibi mühərriklər və avadanlıqların növləri və təyinatını;
– Təhlükəsizlik texnikası qaydalarını.

İş Rejimi:
– İş ünvanı: Qaradağ rayonu, Salyan şossesi 31
– İş şəraiti Quruda
– İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
– Müxtəlif istiqamətlərdən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur

Əmək haqqı:
– saatlıq əmək haqqı 4.84 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– Faktiki işlənmiş hər iş günü üçün 3 AZN yemək xərci ödənilir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tornaçı” qeyd edərək https://bit.ly/tornaci-socar ünvanına əlavə edib göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!