AZAL / Azərbaycan Hava Yolları QSC Uçuşların Təhlükəsizliyi İdarəsinin Aeroportlar üzrə inspeksiya şöbəsinindən Vakansiya: Uçuşların təhlükəsizliyi üzrə Mühəndis-inspektor tələb olunur
Vəzifə öhdəlikləri:
Hava gəmilərinə xidmət göstərən bütün texniki avadanlığın düzgün quraşdırılmasına və yanğın söndürən avadanlığın, habelə perronun və dayanacaq yerlərinin təmizliyi və işə hazır vəziyyətdə olmasına nəzarət etməlidir;
Aerodromda hava gəmilərinin mühafizəsinin təşkilinə, yanğın təhlükəsizliyinin tələblərinə riayət olunması, aerodromda bütün növ avtomobillərin, texniki vasitələrin düzgün hərəkətinə və vəziyyətinə nəzarət etməlidir;
Hava gəmilərinə xidmət göstərilərkən xüsusi avtomaşınların yaxınlaşmasına (uzaqlaşmasına) rəhbərlik edilməsi qaydalarına mühəndis-texniki heyət və supervayzerlər tərəfindən riayət olunmasına nəzarət etməlidir;
Aviasiya texnikasına texniki xidmət göstərilməsi və onun təmirini, hava gəmisinin istismarı prossesində aşkar olunmuş qüsurların aradan qaldırılmasını, yedəkləmənin təşkil edilməsini, yedəkləmə briqadalarının olmasını, qüsurların təkrarlanmasını yoxlamalı və nəzarət etməlidir;
Aviasiya insidentlərinin araşdırılmasında iştirak etməli, habelə uçotun aparılmasına nəzarət etməlidir;
SAFA yoxlamalarını aparmalı və baş verə biləcək çatışmazlıqları aradan qaldırmalıdır.
Namizədlərə tələblər:
Təhsil: Bakalavr/Peşə ilə bağlı təhsil;
Dil bilikləri: Azərbaycan dili – Səlis, İngilis dili – yaxşı, Rus dili – orta (üstünlükdür)
Microsoft Office bilikləri;
Sürücülük vəsiqəsi – B kateqoriyası;
İş təcrübəsi – minimum 2 il;
Güclü analitik və problem həll etmə bacarığı;
Əla ünsiyyət qurma bacarığı;
Ezamiyyə imkanları.
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Mühəndis-inspektor” qeyd edərək https://qlor.me/loh1nu5cl ünvanına əlavə edib göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
