inline Loqo İşə Qəbul 2023: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi / İş Elanları və Vakansiyalar

Loading

Uşaq Reabilitasiya Mərkəzinə Direktor tələb olunur

Vakansiyanı dəyərləndirin

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Vakansiya: Uşaq Reabilitasiya Mərkəzinə Direktor tələb olunur

Vəzifə öhdəlikləri:
– Müəssisənin fəaliyyətinə rəhbərlik etmək, əliliyi olan şəxslərə (ƏOŞ), müvafiq sahə üzrə reabilitasiya xidmətləri göstərilməsini təmin etmək;
– Tibbi və sosial psixoloji reabilitasiya prosesinin keyfiyyətinin yaxşılaşdırılması, ƏOŞ-lərin müayinə, reabilitasiya və stasionar qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin etmək;
– Müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparmaq, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görmək;
– Tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, ƏOŞ qəbul zamanı laborator və instrumental müayinələrinin, aparılmasının həyata keçirilməsinə rəhbərlik etmək;
– ƏOŞ-larda fiziki aktivliyin qorunub saxlanması və ikincili xəstəliklərin profilaktikası məqsədi ilə distant və icma əsaslı tibbi reabilitasiyanı təşkil etmək və icrasına nəzarət etmək;
– Reabilitasiya xidmətlərinin həyata keçirilməsi ilə əlaqədar müalicə həkimləri ilə mütamadi müzakirələr aparmaq;
– İnzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək həmçinin nəzarətini həyata keçirmək. İnzibati qərarların qəbulunda iştirak etmək və prosedurların icrasına nəzarət etmək;
– Müvafiq sahələr üzrə müasir diaqnostika, tibbi və psixoloji reabilitasiya metodlarının tətbiqini təmin etmək;
– Keyfiyyət təminatı, icranın yaxşılaşdırılması, əczaçılıq, infeksiyaya nəzarət, təhlükəsizlik və reabilitasiya xidmətləri ilə bağlı müəssisənin şöbələrəinə rəhbərlik etmək və məsləhətlər vermək;
– Mütəmadi olaraq, şöbə müdiri, baş tibb bacısı və qərar qəbul edən digər şəxslərlə əlaqə saxlamaq və reabilitasiya xidmətlərinin məqsədlərinə çatmaq üçün lazım olan rəhbərliyi təmin etmək;
– Daxili nizam-intizam, əməyin mühafizəsi üzrə cihaz, avadanlıqlar, alətlər və mexanizmlərin istifadə qaydalarınin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
– Müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq etmək;
– Mərkəzdə əlilliyi olan şəxslərin qidalanması, yeməklərin keyfiyyəti və sanitar-gigiyenik normalara nəzarəti həyata keçirmək;
– Vəzifə üzrə rəhbərliyin verdiyi digər tapşırıqları həyata keçirmək;
– İşçilərin ƏOŞ-lərlə ünsiyyətlərinə nəzarət etmək, etik kolleqial davranışa şərait yaratmaq, işçilərin özünü inkişaf etdirilməsində və motivasiyasının yüksəldilməsi istiqamətində işlər aparılmaq;

Namizədlərə tələblər:
İş təcrübəsi: Vəzifə üzrə minimum 3 il, sahə üzrə minimum 8 il.
Təhsil: Bakalavr, İdarəetməsi sahələri üzrə təhsil, tibb sahəsi üzrə təhsilin olması üstünlükdür.
Yaş həddi: 35 – 50 yaş
Kompyuter proqram bilikləri: Microsoft windows, excel, word, powerpoint

İş rejimi:
İş yeri: Şəmkir şəhəri

Əmək haqqı:
3000-3500 AZN-dək
– İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
– Kollektiv mükafat;
– Xidməti avtomobil;

Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Uşaq Reabilitasiya Mərkəzinə Direktor” qeyd etməklə dtsera_cv@sosial.gov.az ünvanına göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

YouTube video

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!