AVVA geyim mağazalar şəbəkəsindən Vakansiya: Vizual merçendayzer tələb olunur
Vəzifə öhdəlikləri:
– Vizual cəhətdən müştərilərin diqqətini çəkmək üçün məhsulların müvafiq qaydalara uyğun sərgilənməsinin təşkili və nəzarətdə saxlanılması
– Müştəriləri mağazaya cəlb edə biləcək göz oxşayan və kreativ vizual görüntünün yaradılması
– Satış məsləhətçilərinə malları düzgün təqdim etmək və nümayiş vasitələrinin səliqəli görünməsini öyrətmək
– Məhsualların yaxşı satılıb-satılmadığını müəyyən etmək üçün, satış hesabatlarını təhlil etmək
– Mağazalarda görülmüş meçendayzinq işlərinin gündəlik təhlili və hesabatı
Namizədlərə tələblər:
– Azərbaycan dili (əla), rus dili və digər xarici dil bilikləri arzu olunandır.
– Təhsil: orta və ya ali ixtisas arzuolunandır.
– Yaş aralığı: 25-45 yaş
– İş təcrübəsi: Geyim sahəsində 1 illik təcrübənin olması mütləqdir.
İş Rejimi:
– İş yeri: “Avva” mağazalar şəbəkəsi
– Bakı və Sumqayıt şəhərləri
– İş saatları: 6 günlük iş qrafiki ilə, həftə ərzində 40 saat olmaqla
– İstirahət günü: Dəyişkən istirahət günü olmaqla 1 dəfə
– Peşəkar və karyera böyümə imkanları
Əmək haqqı:
– maaş 700 manat təşkil edir + satışdan faiz
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vizual merçendayzer” qeyd etməklə hr@avva-azerbaijan.az epoçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur