İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
ElitOptimal mağazalar şəbəkəsindən İş Elanları və Vakansiyalar

Loading

Xadimə tələb olunur

4.9/5 - (7 səs)

Elit Optimal-danVakansiya: Xadimə tələb olunur

Vəzifə öhdəlikləri:
– Ofisin bütün otaqlarını, mətbəxini, sanitariya qovşağını və orada yerləşən avadanlıq və ləvazimatları daim səliqəli, təmiz saxlamaq;
– Ofisin şüşələrinin silmək və onların təmiz saxlanmasına nail olmaq;
– Ofisdə, mətbəxdə və sanitariya qovşağında istifadə olunan zəruri ləvazimatlara (çay, şəkər, kofe, şəkər tozu və s.), təmizləyici vasitələrə ehtiyacı müəyyən etmək, alınması üçün sifariş vermək və onlardan qənaətlə istifadə olunmasına çalışmaq;
– İş günün ərzində mətbəxdə daim hazır isti çay və kofenin olmasını təmin etmək;
– Ofisdə istifadə olunan çay və əl dəsmallarını daim təmiz vəziyyətdə saxlamaq;
– Sanitar qovşaqlarda kağız salfetlərin olmasını təmin etmək;
– Mətbəxin təmizliyini və səliqəsini təmin etmək;
– Əməkdaşlara müvafiq olaraq ofisin təmizliyi və səliqəliliyi ilə bağlı işlərdə yardımçı olmaq.
– Asudə vaxtını mətbəxdə keçirlməlidir.
– Şirkətdə tətbiq olunan geyim qaydasında geyinməlidir

Tələb olunan bilik və bacarıqlar:
– Səliqəlilik, təmizlik və düzgünlük;
– Səmimi, gülərüz, mehriban xasiyyətə malik olmalı və kollektivdə işləməyi bacarmalıdır;
– Asanlıqla ünsiyyət yaratmağı bacarmaq;
– Əmək mədəniyyəti və xidməti etikanı bilməli;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları barədə məlumatlı olmalıdır.

İş rejimi:
– Həftədə 5 iş günü, 2 gün istirahət;
– İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00-dan – 18:00 -dək;
– Ünvan: Xətai metro metrostansiyalarının yaxınlığı, Park Azure QYS

Əmək haqqı:
– Aylıq məvacib 400 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Xadimə” qeyd etməklə career@elitoptimal.az epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!