İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
SOCAR şirkətində İş Elanları və Vakansiyalar

Loading

Xətt baxıcısı tələb olunur

4.6/5 - (8 səs)

SOCAR Qaz İxrac İdarəsindən İş elanı: Xətt baxıcısı tələb olunur

Vəzifə öhdəlikləri:
– Magistral qaz kəmərləri üzərində olan xətti kranlara və digər avadanlıqlara «qazanalizator» vasitəsilə texniki baxış keçirmək, nöqsan (sızma) aşkar edilərsə rəhbərliyi məlumatlandırmaq;
– Torpaq korroziyasından və səyyar cərəyan mənbəsindən elektrik mühafizə qurğusu olmayan boru kəmərinin birxətli hissəsinin su yığıcılarına, quyulara, bağlayıcı armaturalara, əlaqə xətlərinə və onların üzərində olan tikililərə gəzərək baxmaq və xidmət etmək;
– Qazın sızması, boru xəttində zədələnmə halları və ayrılmış sahədə və mühafizə zonasında müxtəlif pozuntular aşkar edildikdə təxirə salınmadan rəhbərliyə məlumat vermək;
– Ayrılmış sahədə şurflar qazmaq, kolları qırmaq, otu biçmək, sahil bərkitmələrini düzəltmək, ot örtüyünü, hörgüləri və daş tullantılarını təmizləmək;
– Xətt baxıcısının qeydlər jurnalında müvafiq qeydlər aparmaq;
– Təmirə hazırlıq işlərinin aparılması zamanı təmir ediləcək hissədə giriş və çıxış kranlarını bağlamaq və şam vasitəsilə həmin hissədə olan təbii qazı havaya buraxmaq;
– Təmirə hazırlıq işləri zamanı xəttin üzərində olan, bağlanmış giriş və çıxış kranlarına, şama təmir müddəti ərzində xətti nəzarət etmək (kənar müdaxilənin olmaması üçün);
– Təmirdən sonra qazın verlişinin bərpası zamanı bağlanmış giriş kranını açmaq, hava qarışığını şam vasitəsilə üfürmək;
– Şamdan çıxan qazın hava ilə qarışığının olmadığına tam əmin oduqdan sonra şamı bağlamaq və çıxış siyirtməsini (və ya kranlarını) açmaq;
– Xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək;
– İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək;
– Təhvil-təslim prosesinin aparılmasında iştirak etmək;
– Korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlər görmək;
– Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək;
– Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək;
– Sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək;
– İş yerinin təmiz saxlanmsına cavabdehlik daşımaq;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

Tələb olunan bilik və bacarıqlar:
– Təhsil: Tam orta təhsil
– İş təcrübəsi: Tələb edilən iş stajı yoxdur
– Sertifikat: Tələb edilən sertifikat yoxdur

İş rejimi:
– İş yeri: Sumqayıt Xətti İstismar Xidməti
– İş şəraiti: Quruda
– İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)

Əmək haqqı:
– Saatlıq məvacib 3.84 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– Hər iş günü 5 manat yemək pulu, normadan artıq və gecə vaxtı işlənmiş saata görə əlavə əmək haqqı hesablanır
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Xətt baxıcısı” qeyd etməklə BU LİNKƏ qeydiyyatdan keçib əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

0
Sualınız varsa - şərh yazınx
()
x

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!