Mothercare mağazalar şəbəkəsi Vakansiya elan edir: Xəzinədar tələb olunur
Vəzifə öhdəlikləri:
– Mağazadaxili yüksək xidməti təmin etmək, çeklərin yoxlanılması, pul və kassa aparatı ilə işləmək
– Məsuliyyət və öhdəliklərin götürülməsi
– Kassa, pul maşını və digər maddi aktivlərin təhlükəsizliyini təmin etmək
Tələb olunan bilik və bacarıqlar:
– Azərbaycan Respublikasının vətəndaşı olmaq
– Azərbaycan dili sərbəst (rus dilinin yaxşı olması üstünlükdür).
– Məsuliyyətli və nəticə yönümlü olmaq
– Ünsiyyətcil, işə ciddi yanaşan, müştəri yönümlü olmaq
– Yaxşı görünüş və danışıq qabiliyyətinin olması
– Bu sahədə iş təcrübəsinə malik olmaq
– Riyazi qabiliyyətin olması, eləcə də hesablama işlərində aktivlik və tez qərar vermək bacarığının olması
İş rejimi:
– Həftədə 6 gün (1 gün istirahət günü olmaqla) növbəli qrafiklə iş
– Bu və digər sahələrdə karyerada yüksəlmə imkanları
– Personalın təlimi
– Markanı tanımaq, satış üsulları, məhsullar və onların istifadəsi haqqında iş boyunca daimi təlimlər
Əmək haqqı:
– Aylıq məvacib 400 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Xəzinədar” qeyd edərək hr2@sabah-group.com e-poçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur