Baku Marriott Boulevard Hotel-dan Vakansiya: Xidmətçi tələb olunur
Vəzifə öhdəlikləri:
– Hər zaman eksklüziv qonaq xidmətləri göstərmək.
– Daxili müştərilərə mükəmməl xidmətlər göstərmək.
– Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək; qonaqların şikayətlərini operativ şəkildə qrup rəhbərinə / nəzarətçilərinə /Təmizlik şöbəsinin menecerinin müavininə çatdırmaq.
– Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və normal iş münasibətlərini qoruyub saxlamaq.
– Təmizlik vasitələrinin istifadəsi üçün təmizlik prosedurası və təlimatına riayət etmək
– Otaqlardakı nöqsanlar haqqında xəbər vermək.
– İtmiş və zədələnmiş əşyalar haqqında xəbər vermək.
– Qonaq otaqlarını təmizləmək və bəzəmək.
Tələb olunan bilik və bacarıqlar:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: Vacib deyil
İş rejimi:
– İş qrafiki : Həftə içi 5 gün;
– İş saatları: 9 saatlıq iş günü
– İş yeri: Baku Marriott Boulevard Hotel
Əmək haqqı:
– Aylıq məvacib 600-700 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Xidmətçi” qeyd etməklə careers.boulevard@absheronhotelgroup.com epoçt ünvanına ya da (050) 229-22-34 whatsapp nömrəsinə əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur