Azərbaycan Hava Yolları “Аzal Оil” Yаnаcаq-Sürtkü Mаteriаllаrı (YSM) İdаrəsində Vakansiya: YSM nəzarət və keyfiyyət üzrə texnik tələb olunur
Vəzifə öhdəlikləri:
– Yanacaq-sürtkü materiallarına və xüsusi mayelərin keyfiyyətinə aerodrom şəraitində nəzarəti yerinə yetirmək;
– Süzgəclərdə təzyiq fərqinə nəzarət etmək, çöküntünü yoxlamaq və onların vaxtlı-vaxtında dəyişilməsini təşkil etmək və həyata keçirmək;
– Keyfiyyətə nəzarət sənədlərini düzgün rəsmiləşdirmək və aparmaq;
– Aviasiya yanacaq sürtkü materiallarını fiziki və kimyəvi analizlərini yerinə yetirmək və keyfiyyət pasportlarını tərtib etmək;
– Yanacaq-sürtkü materialları anbarı avadanlıqlarına texniki xidmət göstərmək və onları istismar etmək;
– Çənlərdən, yanacaqdolduranlardan, yanacaqdaşıyandan, yanacaq doldurma stansiyasından, taralardan və s. yanacaq sürtkü materiallarının və xüsusi mayelərin problarının götürülməsini həyata keçirmək;
– Aviayanacaq və yağların təmizliyini, aviakerosinin tərkibində kristallaşmaya qarşı mayelərin və distillə edilmiş suda duzların olmasını təyin etmək;
Namizədlərə tələblər:
– Təhsil: Bakalavr/Peşə ilə bağlı (Azərbaycan Dövlət Neft və Sənaye Üniversiteti, Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Üniversiteti(kimya fakultəsi) məzunları, kimyəvi sınaq laboratoriyalarında iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir)
– İş təcrübəsi: minimum 3 il;
– Dil bilikləri: Azərbaycan dili – Səlis; İngilis dili – orta; Rus dili – orta (üstünlükdür);
– Kompyuter bilikləri: Word, Excel, Outlook, PowerPoint;
– Komandada işləmə bacarığı;
– Ünsiyyət qurma bacarığı;
İş Qrafiki:
– İş rejimi: Həftə içi 5 gün, növbəli (gündüz/gündüz)
– İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Əmək haqqı:
– namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Yanacaq-sürtkü materiallarına nəzarət və keyfiyyət üzrə texnik” yazaraq https://qlor.me/lp8bmhhsk ünvanına əlavə edib göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
