Polymart MMC Yükləyicinin sürücüsü vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
– Avtoyükləyici vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq.
– Avtoyükləyici vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək;
– nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək.
– Şirkətin rəhbərliyi tərəfindən tapşırılan işi ilə əlaqədar digər işləri yerinə yetirmək.
– Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır.
– İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək;
– Avtoyükləyici vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq.
– Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyeniya və mülkü-müdafiə müəssə daxili yol hərəkət qaydalarına riayət etməlidir.
– Yükləyicinin sürücüsü ona həvalə edilmiş Şirkətin avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasına, salamatlığına və təyinatı üzrə düzgün istismarına və bu Vəzifə Təlimatına müvafiq, üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirilməsinə görə, Şirkətin qarşısında tam məsuliyyət daşıyır.
– Mobil texnologiyaların öyrənməli və raportların yazılmasında tətbiq etməlidir.
Namizədlərə tələblər:
– Yalnız kişi namizədlər
– Sürücülük vəsiqəsi
– Təhsil : Ali
– İş Təcrübəsi : 1 ildən 3 ilə kimi.
İş rejimi:
– İş qrafiki: Həftədə 5 gün iş, 2 gün istirahət;
– İş saatı: 09.00-dan 18.00-kimi
Əmək haqqı:
– Aylıq məvacib 600 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Yükləyicinin sürücüsü” qeyd edərək office@polymart.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur