inline Loqo İşə Qəbul 2023: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
SOCAR şirkətində İş Elanları və Vakansiyalar

Loading

Yükləyicinin sürücüsü tələb olunur

5/5 - (3 səs)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Nəqliyyat İdarəsindən Vakansiya: Yükləyicinin sürücüsü tələb olunur

Vəzifə öhdəlikləri:
– 73,5 kVt (100 a.g.) gücə malik traktora yükvuranın, vaqona yükvuranların, vaqondan yükboşaldanın və bütün yüktutma mexanizminin və qurğuları idarə etmək;
– Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişmə və ştabellərə yığılması;
– Yükvuranın və onun bütün mexanizminin cari təmiri və texniki xidmətini həyata keçirmək;
– Yükvuranın işindəki nasazlıqları müəyyən etmək;
– Çıxarıla bilən yüktutma qurğu və mexanizmlərin qurulması və dəyişdirilməsini həyata keçirmək;
– Yükvurma və yüktutma mexanizminin və qurğunun planlı-xəbərdarlıq təmirinin aparılmasında iştirak etmək;
– Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
– Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək.

Namizədlərə tələblər:
– Natamam orta təhsil
– 1 il / Müvafiq sahə üzrə təcrübə
– Xüsusi texnikaları idarəetmək üçün sertifikat və T, TK kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur

Əlavə biliklər:
– Yükvuranın və akkumulyator batareyalarının quruluşunu, yüklərin bütün nəqliyyat növlərində yükləmə və boşaltma üsullarını;
– Yüklərin qaldırılma, yerdəyişmə və yığılma qaydalarını;
– Yol hərəkəti, müəssisə ərazisində və stansiyaya yaxın yollarda hərəkət qaydalarını və qoyulmuş siqnalizasiyanı;
– İstifadə olunan yanacaq və sürtgü materiallarının növlərini;
– Akkumulyator istehsalında əsas materialların adlarını;
– Turşu, qələvilərin saxlanma və onlardan istifadə qaydalarını;
– Xilasedici vasitələrdən, ilkin yanğın söndürücü vasitələrdən istifadə qaydalarını;
– Bədbəxt hadisələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməsi qaydalarını.

Əmək haqqı:
– maaş 3.84 manat/saatlıq təşkil edir (həftədə 40 saat) + Faktiki iş günlərinə uyğun olaraq 3 AZN yemək xərci ödənilir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Yükləyicinin sürücüsü” qeyd edərək 18.11.2023-ci il tarixinə kimi https://bit.ly/socar-yukleyici ünvanında qeydiyyatdan keçib göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

YouTube video

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!