Direktor köməkçisi tələb olunur

30 gün qalıb

Müraciət et

Direktor köməkçisi tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    06/06/2026

  • Müraciət üçün son gün

    06/07/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    1000₼ - 1300₼/aylıq

  • İş təcrübəsi

    1-3 il

  • Cins

    Xanım Bəy

Avant Group-dən vakansiya: Direktor köməkçisi tələb olunur

Vəzifə öhdəlikləri:
– Rəhbərliyin gündəlik və həftəlik təqvimini planlamaq, görüşləri təşkil etmək və prioritetləşdirmək
– Rəhbərlik adından daxil olan yazışmaları (e-mail, zəng və s.) idarə etmək, cavab layihələri hazırlamaq və icra nəzarətini təmin etmək
– Ezamiyyətlərin və işgüzar görüşlərin təşkili (bilet, otel, logistika və s.)
– Hesabatlar, təqdimatlar, briflər və görüş protokolları hazırlamaq
– Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icrasını izləmək və status üzrə mütəmadi məlumat təqdim etmək
– İdarə Heyəti iclaslarının planlaşdırılması və təşkili
– İclas gündəliyinin hazırlanması və təsdiq üçün təqdim edilməsi
– İclas materiallarının toplanması, strukturlaşdırılması və üzvlərlə vaxtında paylaşılması
– İdarə Heyəti iclaslarının protokollarını hazırlamaq və qərarları rəsmiləşdirmək
– Qəbul edilmiş qərarların icrasını izləmək və status hesabatları hazırlamaq
– İdarə Heyətinə aid sənədlərin məxfiliyini qorumaq və sistemli arxivləşdirilməsini təmin etmək
– Rəhbərlik ilə struktur bölmələr və xarici tərəfdaşlar arasında koordinasiyanı təmin etmək
– Bitrix sistemi üzərindən tapşırıqların icra vəziyyətini izləmək və gecikmələr üzrə nəzarət aparmaq
– Struktur bölmələr tərəfindən təqdim olunan aylıq hesabatların vaxtında təqdim edilməsini izləmək və konsolidə məlumatı rəhbərliyə təqdim etmək
– İnzibati proseslərə dəstək vermək (xərc hesabatları, satınalma sorğuları və s.)

Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil (idarəetmə, hüquq və ya uyğun sahə üzrə üstünlükdür)
– İş təcrübəsi: Müvafiq sahədə minimum 2–4 il iş təcrübəsi
– Azərbaycan dili – yüksək səviyyədə, rus və ingilis dili – arzuolunandır
– MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yüksək işləmə bacarığı
– Analitik düşünmə və təşkilatçılıq bacarıqları
– Güclü yazılı və şifahi kommunikasiya
– Məxfilik, dəqiqlik və məsuliyyətlilik

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:30-dan 18:30-kimi
– İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
– Nahar şirkət tərəfindən təmin olunur

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1000-1300 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Direktor köməkçisi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

 

guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (1 səs)
 

İxtisas

Call employer