
Kommunikasiya üzrə mütəxəssis tələb olunur
30 gün qalıb
Müraciət et
Kommunikasiya üzrə mütəxəssis tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
22/07/2026
Müraciət üçün son gün
21/08/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 800₼/aylıq
İş təcrübəsi
1-3 il
Cins
Xanım Bəy
Hill Restoranından vakansiya: Kommunikasiya üzrə mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
– Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi
– Rezervasiya məlumatlarının sistemə düzgün və tam şəkildə daxil edilməsi
– Müştəri tələblərinə uyğun masa seçimlərinin təqdim edilməsi
– Telefon vasitəsilə əlavə xidmətlərin və xüsusi təkliflərin satışı (upselling)
– Rezervasiya dəyişiklikləri və ləğvlərin operativ idarə olunması.
Namizədlərə tələblər:
– Təhsil: Orta ixtisas və ya ali təhsil (Xidmət, Turizm və Menecment sahəsində olması üstünlükdür)
– İş təcrübəsi: Minimum 1 il müştəri xidməti və ya telefonla sifariş/qəbul sahəsində iş təcrübəsi
– Müştəri xidməti, telefon ünsiyyəti və satış texnikaları üzrə təlimlər (üstünlükdür)
– MS Office proqramları
– Yüksək ünsiyyət bacarığı, operativlik, detallara diqqət, stressə davamlılıq, satış yönümlülük
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 14:00-dan 23:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800 manat təşkil edir + Bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kommunikasiya üzrə mütəxəssis” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



