
Mağazalar üzrə menecer (Yves Rocher) tələb olunur
30 gün qalıb
Müraciət et
Mağazalar üzrə menecer (Yves Rocher) tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
22/07/2026
Müraciət üçün son gün
21/08/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 900₼/aylıq
İş təcrübəsi
3-5 il
Cins
Xanım
INEO Group-dən vakansiya: Mağazalar üzrə menecer tələb olunur
Vəzifə öhdəlikləri:
– Mağazaların gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
– Yeni mağaza açılışı və bağlanışı proseslərini idarə etmək;
– Məhsulların qəbulu, yerləşdirilməsi, inventarizasiyası və stok proseslərinə nəzarət etmək;
– Mağaza və anbarlarda təmizlik, səliqə və standartların qorunmasını təmin etmək;
– Vitrin və merçendayzinq standartlarına nəzarət etmək;
– Kampaniya materialları, loyallıq kartları və satış materiallarının mövcudluğunu təmin etmək;
– Tester məhsulların istifadəsinə və son istifadə müddəti yaxınlaşan məhsulların monitorinqinə nəzarət etmək;
– Sayım və audit proseslərində iştirak etmək, hesabatlar hazırlamaq;
– Transfer, stok uyğunsuzluğu və məhsul qalıqlarını izləmək;
– Kamera görüntülərinə nəzarət etməklə təhlükəsizlik və daxili intizamı təmin etmək;
– Yeni əməkdaşların adaptasiyasını təşkil etmək;
– İş qrafiklərini HR departamenti ilə koordinasiyalı şəkildə hazırlamaq;
– Kassa əməliyyatları, staff endirimləri və texniki məsələlərə nəzarət etmək;
– Aylıq fəaliyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Mağazalar üzrə menecer və ya oxşar vəzifədə pərakəndə satış sahəsində minimum 5 il iş təcrübəsi (kosmetika/FMCG üstünlükdür);
– Cins: Xanım namizədlər
– Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
– Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
– Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 10:00-dan 18:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 900 manat təşkil edir + KPİ
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mağazalar üzrə menecer” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



