
Anbardar köməkçisi tələb olunur
14 gün qalıb
Müraciət et
Anbardar köməkçisi tələb olunur
14 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
19/06/2026
Müraciət üçün son gün
19/07/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 500₼/aylıq
İş təcrübəsi
1-3 il
Cins
Bəy
Radius Təkər Mərkəzi-dan vakansiya: Anbardar köməkçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Malların (təkərlər, disklər, yağ məhsulları, akkumulyator və s.) anbarda qəbulunda, sayılmasında və yerləşdirilməsində anbardara yardım etmək.
– Gündəlik daxil olan və çıxan malların hərəkətində iştirak etmək.
– Məhsulların markalanması, etiketlənməsi və düzgün yerləşdirilməsi prosesində iştirak etmək.
– Malların daşınması və yüklənməsi zamanı fiziki kömək göstərmək.
– Anbarda təmizlik, səliqə və təhlükəsizlik qaydalarına riayət etmək.
– Anbardarın tapşırığı ilə stok sayımı və inventarizasiya proseslərində iştirak etmək.
– İşdə istifadə olunan inventar, alət və texnikanın (araba, qaldırıcı, skaner və s.) düzgün istifadəsinə və qorunmasına nəzarət etmək.
– Malların zədələnməsi, itməsi və ya uyğunsuzluq halları barədə dərhal anbardara məlumat vermək.
Namizədlərə tələblər:
– Təhsil : Orta
– İş təcrübəsi : Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi
– Cins: Bəy namizədlər
– Yaş həddi: 20-35 arası
– Dil bilikləri: Azərbaycan dili səlis
– Müvafiq texniki biliklər və məhsullar barədə məlumat
– Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
– Komandada işləmək bacarığına malik olan
İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09.00-dan 18.00-kimi
– İş yeri: Badamdar qəs., M.Müşfiq küç.
– Nahar şirkət tərəfindən qarşılanır;
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbardar köməkçisi” yazaraq [email protected] epoçt ünvanına ya da (077)438-04-44 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



