Ekspeditor (bəy) tələb olunur

28 gün qalıb

Müraciət et

Təsvir

  • Nə vaxt yerləşdirilib

    02/06/2026

  • Müraciət üçün son gün

    02/07/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    850₼ - 1500₼/aylıq

  • İş təcrübəsi

    3-5 il

  • Cins

    Bəy

Az Protein Foods Group MMC-dən vakansiya: Ekspeditor tələb olunur

Vəzifə öhdəlikləri:
– Yeni müştərilərin cəlb edilməsi;
– Bütün yeni kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
– Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaradılması;
– Ticarət obyektlərində malların tam çeşidinin olmasına nəzarət edilməsi;
– Ticarət obyektlərində məhsulların düzülüşünün təmin edilməsi;
– Ticarət obyektlərində məhsulların təqdimatının keçirilməsi;
– Mövcud olan ticarət nöqtələrinin inkişaf etdirilməsi;
– Müəyyən edilən marşrut planı üzrə satış hədəflərinin planlaşdırılması və periodik olaraq yerinə yetirilməsi;
– Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak edilməsi;
– Satış standartlarına uyğun olaraq satış nöqtələrində işlərin həyata keçirilməsi;
– Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərinin izlənilməsi;
– Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına, sazlığına görə məsuliyyət daşımaq;
– Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkətin dəyər və prinsiplərinə uyğun davranmaq;
– Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək.

Namizədlərə tələblər:
– Təhsil : Orta
– İş təcrübəsi : 3 – 5 il (Sosis/kolbasa, burger əti və digər ət məhsullarının satışı, Horeca kanalı üzrə təcrübə mütləqdir)
– Cins: Bəy namizədlər
– Yaş həddi: 25-45 arası
– BC kateqoriyalı sürücülük vəsiqəsi
– Şəxsi avtomobili olması mütləqdir
– İşində ciddi və məsuliyyətli olmalı

İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi (şənbə qısa iş günü)
– İş yeri: Müəssisə Buzovna qəsəbəsində yerləşir
– Mobil nömrə şirkət tərəfindən verilir.
– Yanacaq və amortizasiya xərci qarşılanır.

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 850 manat təşkil edir + satışdan asılı olan bonus 500-600 manat
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Ekspeditor” yazaraq [email protected] epoçt ünvanına ya da (050)265-48-98 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
 

 

guest
4 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (2 səs)

İxtisas

Call employer