
Moto kuryer (şəxsi mopedi və ya motosikleti) tələb olunur
30 gün qalıb
Müraciət et
Moto kuryer (şəxsi mopedi və ya motosikleti) tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
16/06/2026
Müraciət üçün son gün
16/07/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 850₼/aylıq
İş təcrübəsi
Vacib deyil
Cins
Xanım Bəy
Antaris QSC-dən vakansiya: Moto kuryer tələb olunur
Vəzifə öhdəlikləri:
– Gün ərzində sifarişlərin operativ, təhlükəsiz və vaxtında çatdırılması
– Çatdırılma ünvanlarının düzgün müəyyən edilməsi və navigasiyadan effektiv istifadə
– Sifarişlərin təhvil-təslim prosesinin prosedurlara uyğun şəkildə aparılması
– Müştəri məmnuniyyətinin təmin edilməsi, etik və nəzakətli ünsiyyət
– Çatdırılma zamanı məhsulların zədəsiz şəkildə qorunması
– Çatdırılma nəticələrinin (qalıq,təhvil verilmiş sifarişlər və s.) düzgün qeyd olunması
– Yolda təhlükəsizlik qaydalarına riayət etmək, sürücülük davranışını yüksək səviyyədə saxlamaq
– Şirkətin xidmət standartlarına və daxili qaydalarına ciddi əməl etmək
Namizədlərə tələblər:
– Təhsil : Orta
– İş təcrübəsi : Motokuryer kimi iş təcrübəsi üstünlükdür
– Yaş həddi: 19-30 arası
– A kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir
– Moped və ya motosikletə sahib olmaq
– Bakı və ətraf yolları yaxşı tanımaq, optimal marşrut qurmaq bacarığı
– Navigasiya tətbiqləri ilə (Google Maps, Waze və s.) sərbəst işləmək
– Sürücülük və təhlükəsizlik qaydalarına riayət etmək
– Operativlik, məsuliyyətlilik,müştəri yönümlülük və vaxt idarəetmə bacarığı
İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi (şənbə qısa iş günü)
– İş yeri: Binəqədi qəs., Binəqədi şossesi, Polis Bölməsindən sonra Binəqədi Bravo SM yaxınlığı.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 850 manat təşkil edir + Bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Moto kuryer” yazaraq [email protected] epoçt ünvanına ya da (051)277-11-10 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



