Stok kontrol mütəxəssisi tələb olunur

30 gün qalıb

Müraciət et

Stok kontrol mütəxəssisi tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    14/07/2026

  • Müraciət üçün son gün

    13/08/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    700₼ - 850₼/aylıq

  • İş təcrübəsi

    1-3 il

  • Cins

    Bəy

Aplus Supermarketlər şəbəkəsindən vakansiya: Stok kontrol mütəxəssisi tələb olunur

Vəzifə öhdəlikləri:
– Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyyacları sifariş halında təqdim etmək və sifarişin təmin olunmasını təşkil etmək;
– Təyin olunmuş stok-gündən əlavə verilən insert, endirimli, kompaniyalı sifarişləri birbaşa rəhbəri ilə razılaşdırmaq və tədarükçülərə sifariş vermək;
– Ticari mal ehtiyacının optimal səviyyədə saxlamaq;
– Tədarükçülərin şirkətin çatdırılma zamanı təyin olunmuş qaydalarına əməl etmələrini təmin etmək;
– Tədarükçülərin məhsullarının təyinat nöqtəsinə cadvələ əsasən çatdırılıb-çatdırılmadığına nəzarət etmək və yaranan probləmlərin həlli yolunu tapmaq;
– Firmaların rutuna əsasən mal bölgüsünü müəyyən olunmuş vaxta qədər bitirmək;
– Tədarükçüyə verilmiş sifariş ilə mağazanın qəbul etdiyi malları üzləşdirmək, yaranan fərqləri izləmək və araşdırmaq;
– Anbara gündəlik mal giriş-çıxışlarını izləmək;
– Firmaların məhsullarının iadəsini nəzarətdə saxlamaq;
– Resurslar və mövcud vəziyyətin qarşılaşdırılmasına dair müvafiq hesabatları təyin olunmuş zaman intervalında müvafiq şəxsə (rəhbərinə) təqdim etmə;
– Şirkətin mənafeyinə uyğun olmayan qərarlar barədə birbaşa rəhbərini zamanında məlumatlandırmaq;
– İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil üstünlükdür
– İş təcrübəsi: Pərakənda satış üzrə
– Cins: Bəy namizədlər
– Yaş həddi: 22–35 arası namizədlər
– Exceldə sərbəst işləmək bacarığı;
– Məsuliyyətlilik, komandada işləmək və analiz etmək bacarığı;

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü qısaldılmış iş rejimi)
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Əcəmi
– Nahar şirkət tərəfindən təmin olunur

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 700-850 manat NET təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Stok kontrol mütəxəssisi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır


5/5 - (1 səs)
Call employer