Təsvir

  • Nə vaxt yerləşdirilib

    06/07/2026

  • Müraciət üçün son gün

    05/08/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    Min. 800₼/aylıq

  • İş təcrübəsi

    1-3 il

  • Cins

    Bəy

SuperToys MMC-dən vakansiya: Sürücü tələb olunur

Vəzifə öhdəlikləri:
– Şöbənin təqdim etdiyi sifarişlərə əsasən məhsulun satış nöqtələrinə çatdırılması;
– Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
– Avtomobilin düzgün idarə olunmasını daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin etmək;
– Məhsulların vaxtında və təhlükəsiz şəkildə lazımi ünvanlara çatdırılmasını təmin etmək.

Namizədlərə tələblər:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: 1 ildən 3 ilə kimi
– Cins: Bəy namizədlər
– Yaş həddi: 22–35 arası namizədlər
– Sürücülük vəsiqəsi: BC
– İntizamlı və məsuliyyətli olmalı
– İş yerinə yaxın ərazidə (Sədərək ətrafında) yaşayan namizədlərə üstünlük veriləcək.
– AYNA daxili yükdaşımaları üzrə sertifikata malik olması üstünlük hesab ediləcək.

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: Tam iş günü
– İş yeri: Sədərək TM

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800 manat təşkil edir + Bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sürücü” yazaraq [email protected] epoçt ünvanına ya da (055)457-97-17 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

5/5 - (1 səs)

İxtisas

Call employer