
Yükləyici sürücüsü tələb olunur
30 gün qalıb
Müraciət et
Yükləyici sürücüsü tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
05/06/2026
Müraciət üçün son gün
05/07/2026
Şəhər
Bakı
Əmək haqqı
1100₼ - 1200₼/aylıq
İş təcrübəsi
1-3 il
Cins
Bəy
Capital Construction MMC-dən vakansiya: Yükləyici sürücüsü tələb olunur
Vəzifə öhdəlikləri:
– Cəmiyyətin fəaliyyət göstərdiyi ərazilərdə, idarə etdiyi nəqliyyat vasitəsi ilə yüklərin yüklənməsini, boşaldılmasını, yerdəyişməsini və tələb olunan yerlərə yığılmasını təmin etmək;
– İdarə etdiyi yükvuranın, yüktutma mexanizmlərinin və digər xüsusi qurğuların düzgün və təhlükəsiz şəkildə idarə olunmasını təmin etmək;
– Yükvuranın işindəki nasazlıqları müəyyən etmək;
– Yükvuranın və onun bütün mexanizminin cari təmirində və texniki xidmətində iştirak etmək və bu prosesə nəzarət etmək;
– Bilavasitə rəhbərin müəyyən etdiyi ərazilərdə istifadə olunan xammalın və digər malların təhlükəsiz yüklənməsini və boşaldılmasını təmin etmək;
– Yüklərin tros, zəncir və digər vasitələrlə düzgün və təhlükəsiz bağlanmasını təmin etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi
– Sürücülük vəsiqəsi, həmçinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi (TH katerqoriyalı) və ya müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün sertifikat
– Məsuliyyət və dəqiqlik
– Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Zığ qəsəbəsi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1100-1200 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Yükləyici sürücüsü” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



