Baş mühasib tələb olunur

30 gün qalıb

Müraciət et

Baş mühasib tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    05/06/2026

  • Müraciət üçün son gün

    05/07/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    2000₼ - 2500₼/aylıq

  • İş təcrübəsi

    5 ildən çox

  • Cins

    Xanım Bəy

Azinterservice Co-dən vakansiya: Baş mühasib tələb olunur

Vəzifə öhdəlikləri:
– Mühasibat uçotunun tam dövriyyəsinin (giriş və çıxış əməliyyatları, əsas vəsaitlər, mal-material, pul vəsaitləri) təşkil edilməsi və idarə olunması.
– Aylıq, rüblük və illik maliyyə-hesabatlarının hazırlanması (Balans hesabatı, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti və s.).
– Vergi, statistika, DSMF və digər dövlət orqanlarına hesabatların göndərilməsinin təmin edilməsi.
– Debitor və kreditor hesablaşmalarının, inventarizasiyaların, maliyyə risklərinin idarə edilməsinin nəzarəti.
– Mühasibat proqramlarından 1C 8.3,excel istifadə və uçot sistemlərinin təkmilləşdirilməsi.
– Mühasibatlığın beynəlxalq və ya yerli standartlara uyğunlaşdırılması (mümkünsə).
– Komanda idarəetməsi (alt mühasiblərin, mühasibat köməkçilərinin işi üzrə).
– Mühasibatlıq sahəsində qanunvericiliyin dəyişmələrini izləmək və şirkətə tətbiq etmək.

Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə)
– İş təcrübəsi: Mühasibatlıq üzrə ən azı 5+ il
– 1C 8.3, BTP və ya uyğun mühasibatlıq proqramları üzrə bacarıq.
– Azərbaycan Vergi və Mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək.
– Azərbaycan dili mükəmməl; rus və ya ingilis dili biliyi üstünlükdür.
– Peşəkar mühasib sertifikatı (PMS, ACCA, və s.) üstünlükdür.
– Analitik düşüncə, məsuliyyət, dəqiqlik, komanda işi bacarığı və yüksək əmək intizamı.

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– Nahar şirkət tərəfindən təmin olunur

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 2000-2500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Baş mühasib” yazaraq [email protected] epoçt ünvanına ya da (055)450-80-44 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

 

guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (1 səs)
 

İxtisas

Call employer