Mühafizəçi (xanım) tələb olunur

29 gün qalıb

Müraciət et

Mühafizəçi (xanım) tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    20/07/2026

  • Müraciət üçün son gün

    19/08/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    500₼ - 600₼/aylıq

  • İş təcrübəsi

    Vacib deyil

  • Cins

    Xanım

Mövenpick Winter Park Baku-dan vakansiya: Mühafizəçi (xanım) tələb olunur

Vəzifə öhdəlikləri:
– Hotel ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
– Qonaq, əməkdaş və ziyarətçilərin giriş-çıxışına nəzarət etmək;
– Təhlükəsizlik kameraları və digər nəzarət vasitələrindən istifadə etmək;
– Fövqəladə hallarda müəyyən edilmiş prosedurlara uyğun hərəkət etmək;
– Növbə təhvil-təslim prosesini qaydalara uyğun icra etmək;
– Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədlərə tələblər:
– Təhsil: Orta və ya ali təhsil;
– İş təcrübəsi: Mühafizə və ya təhlükəsizlik sahəsində iş təcrübəsi arzuolunandır;
– Cins: Xanım namizəd;
– Dil bilikləri: Azərbaycan (əla), İngilis (Orta ), Rus dili biliyi üstünlükdür
– Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
– Ünsiyyət bacarığı və komanda ilə işləmək bacarığı;
– Növbəli iş qrafiki ilə işləməyə hazır olmaq.

İş rejimi:
– İş qrafiki: 5 gün iş, 2 gün istirahət
– İş yeri: Qış parkının yaxınlığı

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500-600 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühafizəçi (xanım)” yazaraq (050)251-70-12 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır


5/5 - (1 səs)
Call employer