
Korporativ Satış üzrə Assistent (Xanım) tələb olunur
30 gün qalıb
Müraciət et
Korporativ Satış üzrə Assistent (Xanım) tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
15/06/2026
Müraciət üçün son gün
15/07/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 600₼/aylıq
İş təcrübəsi
1-3 il
Cins
Xanım
BCS Group MMC-dən vakansiya: Korporativ Satış üzrə Assistent tələb olunur
Vəzifə öhdəlikləri:
– Yeni korporativ müştərilərin (B2B) tapılması və onlarla ilkin əlaqələrin qurulması;
– Potensial müştərilərlə korporativ görüşlərin təyin edilməsi və rəhbərliyin ziyarətlərinin koordinasiya olunması;
– Müştərilərin şirkətin Ağ Şəhərdə yerləşən şou-rumuna/mağazasına dəvət edilməsi və məhsullarla tanış olunmasına dəstək göstərilməsi;
– Dəvət edilən və cəlb olunan müştərilərlə satış icra olunduqda prosesin izlənilməsi (Hər uğurlu satışa görə əlavə bonus hesablanacaq).
Namizədlərə tələblər:
– Təhsil: Ali
– İş təcrübəsi: 1 ildən 3 ilə kimi
– Cins: Xanım namizədlər
– Yaş həddi: 22–35 arası namizədlər
– Dil bilikləri: Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli (həm şifahi, həm də yazılı korporativ ünsiyyət üçün vacibdir);
– Ünsiyyətcil, təqdimat bacarığı yüksək və nəticəyə yönümlü;
– Dəqiq, məsuliyyətli və komandada işləmək istəyi olan
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi (Şənbə: 10:00-dan 14:00-kimi)
– İş vaxtı: 10:00-dan 19:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat FİX təşkil edir + Satışdan bonuslar
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Korporativ Satış üzrə Assistent” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



