
Satıcı, Kassir, Qəssab, Bələdçi, Bişirici (Sea Breeze) tələb olunur
30 gün qalıb
Müraciət et
Satıcı, Kassir, Qəssab, Bələdçi, Bişirici (Sea Breeze) tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
19/06/2026
Müraciət üçün son gün
19/07/2026
Şəhər
Bakı
Əmək haqqı
630₼ - 1000₼/aylıq
İş təcrübəsi
1 ildən aşağı
Cins
Xanım Bəy
TamStore Sea Breeze filialından vakansiyalar: Satıcı, Kassir, Qəssab, Bələdçi, Bişirici tələb olunur
Vəzifə öhdəlikləri:
Satıcı:
– Malların rəflərdə düzgün yerləşdirilməsini təmin etmək;
– Qiymət etiketlərinin düzgünlüyünə nəzarət etmək;
– Məhsulların son istifadə tarixlərini yoxlamaq;
– Müştərilərə məhsullar barədə məlumat vermək və satış prosesində dəstək olmaq.
Kassir:
– Kassa əməliyyatlarını düzgün və operativ şəkildə həyata keçirmək;
– Nağd və nağdsız ödənişləri qəbul etmək;
– Müştərilərə nəzakətli və keyfiyyətli xidmət göstərmək;
– Kassa zonasında nizam-intizamı qorumaq.
Qəssab:
– Ət və ət məhsullarının kəsilməsi, doğranması və hazırlanmasını həyata keçirmək;
– Məhsulların keyfiyyətinə və saxlanma qaydalarına nəzarət etmək;
– Sanitariya və gigiyena qaydalarına riayət etmək;
– Müştəri sifarişlərini vaxtında və düzgün şəkildə hazırlamaq;
– İş sahəsinin təmizliyini və səliqəsini təmin etmək.
Bələdçi (Xanım):
– Müştəriləri qarşılamaq və istiqamətləndirmək;
– Mağaza daxilində məhsulların yerləşməsi barədə məlumat vermək;
– Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək olmaq.
Namizədlərə tələblər:
– Təhsil: Orta, Ali
– İş təcrübəsi: Təcrübəsi olan namizədlərə üstünlük verilir
– Cins: Bəy və Xanım namizədlər
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 08:00-dan 17:00-kimi, 14:00-dan 23:00-kimi, 23:00-dan 08:00-kimi (Gecə növbəsidir)
– İş yeri: TamStore Sea Breeze filialı
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 630 manat (Orta şöbə satıcı), 650 manat (Kassir), 695 manat (Bişirici-satıcı), 700 manat (Qəssab köməkçisi), 700 manat (Meyvə-tərəvəz, Südlük və qastronom şöbələri üzrə satıcı), 1000 manat (Baş Qəssab) təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vakansiyanın adını” yazaraq (099)200-65-75 ya da (099)200-97-07 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Müraciət qaydası: 22 İyun saat 10:00-16:00 aralığında ofisə yaxınlaşa bilərsiniz. Nahar fasiləsi 12:30-13:30 aralığındadır. Gələrkən özünüzlə şəxsiyyət vəsiqəsini (bəy namizədlər isə hərbi biletinizi) gətirməyi unutmayın
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



