Telesatış üzrə operator tələb olunur

30 gün qalıb

Müraciət et

Telesatış üzrə operator tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    04/06/2026

  • Müraciət üçün son gün

    04/07/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    400₼ - 700₼/aylıq

  • İş təcrübəsi

    1 ildən aşağı

  • Cins

    Xanım Bəy

İnci Group of Companies-dan vakansiya: Telesatış üzrə operator tələb olunur

Vəzifə öhdəlikləri:
– Telesatış zənglərini həyata keçirmək və potensial müştərilərlə əlaqə qurmaq
– Məhsul və xidmətləri müştərilərə təqdim etmək və satışa yönəltmək
– Satış planına uyğun şəkildə hədəfləri yerinə yetirmək
– Zəng nəticələrinə dair gündəlik və aylıq hesabatlar hazırlamaq
– Müştəri etirazlarını peşəkar şəkildə idarə etmək və yüksək məmnuniyyət səviyyəsi təmin etmək

Namizədlərə tələblər:
– Təhsil : Orta
– İş təcrübəsi : Telesatış və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi
– Satış yönümlü düşüncə və aktiv zəng etmə motivasiyası
– Effektiv ünsiyyət, çevik satış və dinləmə bacarıqları
– Azərbaycan və rus dillərində səlis danışıq (İngilis dili üstünlükdür)
– Stressə davamlılıq və nəticəyə fokuslanma bacarığı
– Müştəri yönümlü yanaşma və etibarlı təqdimat qabiliyyəti

İş şəraiti:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09.00-dan 18.00-kimi
– İş yeri: Bakı şəhəri, 10-cu Köndələn küçəsi, 2074-2077-ci məhəllə
– Nahar ilə təmin edilmə, Koroğlu metrosundan servis;

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 400 manat təşkil edir + satış bonusu (500-700 AZN)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Telesatış üzrə operator” yazaraq [email protected] epoçt ünvanına ya da (077)441-55-22 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

 

guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (1 səs)
 

Call employer