Trixoloq assistenti tələb olunur

30 gün qalıb

Müraciət et

Trixoloq assistenti tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    12/06/2026

  • Müraciət üçün son gün

    12/07/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    600₼ - 700₼/aylıq

  • İş təcrübəsi

    Vacib deyil

  • Cins

    Xanım

Lumia Lab-dan vakansiya: Trixoloq assistenti tələb olunur

Vəzifə öhdəlikləri:
– Qəbuldan əvvəl kabinetin və avadanlıqların hazırlanması;
– Prosedurlar zamanı trixoloq həkimə assistentlik etmək;
– Həkimin təyinatına əsasən ilkin prosedurların həyata keçirilməsi (saçların yuyulması, maskaların tətbiqi, aparat prosedurları və s.);
– Qeydiyyatın aparılması, pasiyentlərə qəbul vaxtı ilə bağlı xatırlatmaların edilməsi;
– Sanitariya-gigiyena qaydalarına riayət olunmasına və alətlərin qulluq olunmasına nəzarət.

Namizədlərə tələblər:
– Təhsil : Tibbi və ya kosmetologiya sahəsində orta ixtisas və ya ali təhsil;
– İş təcrübəsi : Klinika və ya salonda iş təcrübəsi arzuolunandır
– Məsuliyyətli, səliqəli və nəzakətli olmaq;
– Trixologiya sahəsində öyrənmək və inkişaf etmək istəyi.

İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09.00-dan 19.30-kimi
– İş yeri: Bakı şəhəri, Abdulrəhim bəy Haqverdiyev küçəsi 70, “Elmlər Akademiyası” metrosu yaxınlığı
– Sınaq müddəti: 3 gün

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600-700 manat təşkil edir + bonuslar (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Trixoloq assistenti” yazaraq [email protected] epoçt ünvanına ya da (099)204-02-02 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

 

guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (1 səs)
 

Call employer