İstehsalat sahəsinə Çilingər-mexanik tələb olunur

30 gün qalıb

Müraciət et

İstehsalat sahəsinə Çilingər-mexanik tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    28/07/2026

  • Müraciət üçün son gün

    27/08/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    900₼ - 1099₼/aylıq

  • İş təcrübəsi

    1-3 il

  • Cins

    Bəy

Konfirom MMC-dən vakansiya: Çilingər-mexanik tələb olunur

Vəzifə öhdəlikləri:
– Avadanlıq nasazlıqları barədə məlumatları operativ şəkildə qiymətləndirərək problemlərin aradan qaldırılmasını təmin etmək
– İstehsalat avadanlıqlarının saz vəziyyətdə, qəzasız və fasiləsiz işləməsini təmin etmək
– Avadanlıqların düzgün istismarı və texniki qaydalara uyğun istifadəsinə nəzarət etmək
– Təsdiqlənmiş çertyojlar, sxemlər və texniki şərtlərə uyğun olaraq avadanlıqlarda planlı təmir və modernizasiya işlərini təşkil etmək
– Avadanlıqların təmiri üçün tələb olunan ehtiyat hissələri ilə bağlı şöbə rəhbərinə yazılı müraciət hazırlamaq
– Avadanlıqlarda yaranan nasazlıqların aradan qaldırılmasında, təmir, montaj, sazlama və tənzimləmə işlərində iştirak etmək
– Avadanlıqlara dövri texniki baxış keçirmək və nəticələri müvafiq jurnalda qeyd etmək
– Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək
– Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək

Namizədlərə tələblər:
– Təhsil: Müvafiq sahə üzrə orta ixtisas və ya ali təhsil
– İş təcrübəsi: Çilingər-mexanik və ya oxşar vəzifədə iş təcrübəsi (1-3 il)
– Cins: Bəy namizədlər
– Yaş həddi: 25–45 arası namizədlər
– Avadanlıqların təmiri və texniki xidməti sahəsində biliklər
– Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı
– Əməyin mühafizəsi qaydalarına ciddi yanaşma

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: Növbəli:
1-ci növbə 07:30-15:00 (900 AZN)
2-ci növbə 15:00-23:00 (984 AZN)
3-cü növbə 23:00-07:30 (1099 AZN)
– İş yeri : Badamdar şosesi

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 900-1099 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Çilingər-mexanik” yazaraq [email protected] epoçt ünvanına ya da (055)515-47-53 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır


5/5 - (1 səs)
Call employer