Fəhlə (Istehsalat) tələb olunur

30 gün qalıb

Müraciət et

Fəhlə (Istehsalat) tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    08/06/2026

  • Müraciət üçün son gün

    08/07/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    Min. 600₼/aylıq

  • İş təcrübəsi

    1-3 il

  • Cins

    Bəy

ATS Soy Processing MMC-dan vakansiya: Fəhlə tələb olunur

Vəzifə öhdəlikləri:
– İstehsalat sahələrində və anbarlarda yardımçı işlərin yerinə yetirilməsi;
– Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması;
– Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və digər qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənməsi, boşaldılması, daşınması və anbar daxili emalı;
– Nəqledici vasitələrdə və anbarda yüklərin bağlanması və üstünün örtülməsi;
– Nəqledici vasitələrin təmizlənməsi və yağlanması;
– Sexlərdə və digər istehsalat binalarında istehsalat tullantılarının və zibillərin yığışdırılması;
– Tullantıların və zibillərin istehsalat binasında onlar üçün ayrılmış yerlərə nəql etdirilməsi;
– Rəhbərliyin əmr və sərəncamlarının yerinə yetirilməsi.

Namizədlərə tələblər:
– Təhsil: Orta, orta ixtisas və ya peşə təhsili
– İş təcrübəsi: 1–3 il
– Yaş həddi: 20–35 yaş
– Gecə növbəsində işləmək imkanı olmalıdır
– Fiziki cəhətdən sağlam və dözümlü
– Məsuliyyətli, intizamlı və çalışqan

İş şəraiti:
– İş qrafiki: 6 günlük (dəyişkən)
– İş vaxtı: Həftə içi: 08:00 – 16:00, Şənbə: 08:00 – 14:00, Gecə növbəsi: Var
– İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)
– Nahar şirkət hesabına
– Bakı və Sumqayıt şəhərlərindən servis xidməti

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat FIX təşkil edir + əlavələr (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Fəhlə” yazaraq [email protected] epoçt ünvanına ya da (010)239-69-31 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

 

guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (1 səs)
 

İxtisas

Call employer