
Mexanik-Qaynaqçı tələb olunur
10 gün qalıb
Müraciət et
Mexanik-Qaynaqçı tələb olunur
10 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
15/05/2026
Müraciət üçün son gün
14/06/2026
Şəhər
Siyəzən
Əmək haqqı
1000₼ - 1200₼/aylıq
İş təcrübəsi
3-5 il
Cins
Bəy
Siyəzən Broyler ASC-dan vakansiya: Mexanik-Qaynaqçı tələb olunur
Vəzifə öhdəlikləri:
– Avadanlıqların və texnikanın texniki vəziyyətinə nəzarət etmək;
– Planlı texniki baxışların həyata keçirilməsi;
– Nasazlıqların aşkarlanması və aradan qaldırılması;
– Zavod/müəssisə daxilində istifadə olunan mexaniki avadanlıqların təmiri və qulluq işlərinin görülməsi;
– Quraşdırma və sökülmə işlərinin aparılması;
– Təhlükəsizlik qaydalarına riayət olunması və texniki göstərişlərə uyğun işin təşkili.
Namizədlərə tələblər:
– Təhsil : Orta
– İş təcrübəsi : Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
– Cins: Bəy namizədlər
– Avadanlıqların, maşın və mexanizmlərin texniki baxış və təmiri üzrə bilik və bacarıq;
– Texniki diaqnostika aparmaq və nasazlıqları aradan qaldırmaq qabiliyyəti;
– Pnevmatik və mexaniki sistemlərlə işləmək bacarığı;
– Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;
– Komandada işləmək və operativ qərarlar qəbul etmək bacarığı.
İş şəraiti:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09.00-dan 18.00-kimi (13:00-14:00 nahar fasiləsi)
– İş yeri: Siyəzən rayonu (yaşayış yeri təqdim olunur)
– Nahar və servis şirkət tərəfindən təmin olunur.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1000-1200 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mexanik-Qaynaqçı” yazaraq [email protected] epoçt ünvanına ya da (055)500-54-12 whatsapp nömrəsinə göndərmələri xahiş olunurgöndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır


