
Dezinfektor tələb olunur
30 gün qalıb
Müraciət et
Dezinfektor tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
11/06/2026
Müraciət üçün son gün
11/07/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 600₼/aylıq
İş təcrübəsi
Vacib deyil
Cins
Bəy
Sanidez MMC-dən vakansiya: Dezinfektor tələb olunur
Vəzifə öhdəlikləri:
– Yaşayış və qeyri-yaşayış sahələrində (ofislər, anbarlar, restoranlar, zavodlar və s.) dezinfeksiya (mikroblara qarşı), dezinsekciya (həşəratlara qarşı) və deratizasiya (gəmiricilərə qarşı) işlərini icra etmək;
– Kimyəvi preparatları və dezinfeksiyaedici məhlulları təlimata uyğun olaraq düzgün dozada hazırlamaq və tətbiq etmək;
– Xüsusi avadanlıq və cihazlardan (soyuq/isti duman generatorları, çiləyicilər və s.) düzgün və təhlükəsiz istifadə etmək;
– İş zamanı şəxsi mühafizə vasitələrindən (maska, xüsusi geyim, əlcək) mütləq şəkildə istifadə etmək və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
– Görülmüş işlər barədə rəhbərliyə hesabat vermək;
– Müştərilərlə peşəkar ünsiyyət qurmaq, xidmət zamanı yaranan sualları cavablandırmaq.
Namizədlərə tələblər:
– Təhsil: Orta və ya orta-ixtisas təhsili (Kimya, biologiya və ya tibbi sahədə təhsili olanlara üstünlük verilir);
– İş təcrübəsi: Sanitariya-gigiyena və ya dezinfeksiya sahəsində minimum 1 il iş təcrübəsi (Təcrübəsi olmayan, lakin öyrənməyə həvəsli namizədlərə təlimlər keçirilə bilər);
– Müxtəlif kimyəvi maddələrlə işləmək bacarığı və allergik reaksiyaların olmaması;
– Fiziki cəhətdən sağlam, çevik və intizamlı olmaq;
– Komandada işləmək və stressə davamlılıq;
– Sürücülük vəsiqəsi (B kateqoriyası) və şəxsi avtomobilin olması (Şəxsi avtomobildən istifadə edildikdə yanacaq xərclərinin qarşılanması)
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– Şirkət tərəfindən xüsusi geyim, qoruyucu vasitələr və lazımi avadanlıqların təmin edilməsi;
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Dezinfektor” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



