Köməkçi (Junior) Database Administrator tələb olunur

30 gün qalıb

Müraciət et

Köməkçi (Junior) Database Administrator tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    12/06/2026

  • Müraciət üçün son gün

    12/07/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    Min. 600₼/aylıq

  • İş təcrübəsi

    1-3 il

  • Cins

    Xanım Bəy

Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzindən vakansiya: Köməkçi (Junior) Database Administrator tələb olunur

Vəzifə öhdəlikləri:
– Verilənlər bazalarının gündəlik monitorinqi və sadə əməliyyatların icrası (backup yoxlanışı, xidmətlərin statusu).
– Zabbix və ya digər monitorinq alətlərindən gələn alertlərin ilkin yoxlanışı və eskalasiya.
– Backup/restore prosedurlarının icrasında senior DBA-ya dəstək.
– Verilənlər bazası istifadəçilərinin yaradılması, icazələrin verilməsi və kiçik konfiqurasiya işləri.
– Logların toplanması və ilkin diaqnostika üçün məlumatların hazırlanması.
– Təhlükəsizlik patch-lərinin və kiçik yeniləmələrin tətbiqinə kömək.
– Texniki sənədlərin və əməliyyat qeydlərinin aparılmasına kömək.

Namizədlərə tələblər:
– Təhsil: Kompüter elmləri və ya əlaqəli sahədə bakalavr və ya əməliyyat təcrübəsi
– İş təcrübəsi: Əvvəlcə DBA və ya sistem inzibatçılığı üzrə təcrübə (1-2 il).
– Linux əsaslarında işləmək üzrə ilkin bilik (bash scripting üstünlükdür).
– PostgreSQL və ya MySQL/Oracle ilə tanışlıq; praktik təcrübə arzu olunur.
– Monitorinq alətləri (Zabbix/Prometheus) ilə tanışlıq üstünlükdür.
– SQL yazmaq üzrə əsas bacarıqlar.
– Diqqətli, öyrənməyə açıq və komandada işləyə bilən.
– Scripting (bash, Python) və avtomatlaşdırma alətləri üzrə ilkin bilik.
– İngilis dili üzrə oxuma və texniki sənədləri anlama bacarığı.

İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “DB Admin” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

 

guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (1 səs)
 

Call employer