
Qabyuyan (bəy) tələb olunur
30 gün qalıb
Müraciət et
Qabyuyan (bəy) tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
24/07/2026
Müraciət üçün son gün
23/08/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 600₼/aylıq
İş təcrübəsi
1 ildən aşağı
Cins
Bəy
Qafqaz Baku City Hotel & Residences-dən vakansiya: Qabyuyan tələb olunur
Vəzifə öhdəlikləri:
– Təyin edilmiş iş yerinin və ətraf ərazilərin daim təmiz və səliqəli saxlanılmasını təmin etmək..
– Qabları, qazanları və digər mətbəx ləvazimatlarını fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
– Zibil qablarını planlaşdırılmış zibil yığımı qrafikinə uyğun boşaltmaq.
– Bütün təmizləmə prosedurlarına, qabyuyan maşından istifadəyə və istifadə ediləcək kimyəvi vasitələrə dair tam məlumat əldə etmək və düzgün istifadə etmək.
Namizədlərə tələblər:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: 1 ilə kimi
– Cins: Bəy namizədlər
– Yaş həddi: 25-45 arasında namizədlər
İş şərtləri:
– İş rejimi: 6 günlük iş həftəsi
– İş vaxtı: növbəli, 07.00-dan 15.00-kimi, 15.00-dan 23.00-kimi, 23.00-dan 07.00-kimi
– İş yeri: Bakı ş, Nəsimi r, Tbilisi pr, 34
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qabyuyan” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır


