Redaktor, korrektor və operatorlarla iş üzrə koordinator tələb olunur

17 gün qalıb

Müraciət et

Redaktor, korrektor və operatorlarla iş üzrə koordinator tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    22/05/2026

  • Müraciət üçün son gün

    21/06/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    Min. 700₼/aylıq

  • İş təcrübəsi

    1-3 il

  • Cins

    Xanım Bəy

Qanun Nəşriyyatı MMC-dan vakansiya: Koordinator tələb olunur

Vəzifə öhdəlikləri:
– Redaktor, korrektor və operatorların gündəlik iş prosesinin koordinasiya olunmasını təmin etmək;
– Əlyazmaların, kitabların və digər nəşr materiallarının hazırlanma mərhələlərini nəzarətdə saxlamaq;
– Materialların redaktə, korrektə və texniki yığım prosesləri arasında iş bölgüsünü təşkil etmək;
– Tapşırıqların əməkdaşlar arasında düzgün və vaxtında bölüşdürülməsini təmin etmək;
– İşlərin icra müddətlərinə nəzarət etmək və gecikmələrin qarşısının alınması üçün tədbirlər görmək;
– Hazırlanan materialların keyfiyyət göstəricilərini yoxlamaq və rəhbərliyə məlumat vermək;
– Redaktor, korrektor və operatorlardan görülən işlərlə bağlı hesabat toplamaq və ümumiləşdirmək;
– Çapdan əvvəl materialların son yoxlanış prosesini təşkil etmək;
– Müəlliflər, tərcüməçilər və digər şöbələrlə koordinasiyanı təmin etmək;
– Nəşr planına uyğun olaraq işlərin ardıcıllığını və icra vəziyyətini izləmək;
– Elektron faylların və iş sənədlərinin düzgün saxlanılmasına nəzarət etmək;
– KNK üzvlərinə kitabların yoxlanılması üçün göndərilməsini təşkil etmək, yoxlanış müddətini müəyyən etmək və prosesə nəzarət etmək.
– Passportlara uyğun məlumatları əlavə etmək

Namizədlərə tələblər:
– Təhsil : Ali
– İş təcrübəsi : Redaktor və ya korrektor koordinatoru olaraq minimum 3 il iş təcrübəsi;
– Dil bilikləri: Azərbaycan dilini yüksək səviyyədə bilmək;
– Rəhbər vəzifədə iş təcrübəsinin olması üstünlükdür;
– İşin planlaşdırılması və koordinasiya bacarığı;
– Məsuliyyətli, operativ və diqqətli olmaq.

İş şəraiti:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 08.00-dan 17.00-kimi
– İş yeri: 20 yanvar metrosunun yaxınlığı

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Koordinator” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

 

guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (1 səs)
 

Call employer