
Suvarma üzrə mütəxəssis tələb olunur
30 gün qalıb
Müraciət et
Suvarma üzrə mütəxəssis tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
28/07/2026
Müraciət üçün son gün
27/08/2026
Şəhər
Qax
Əmək haqqı
600₼ - 1500₼/aylıq
İş təcrübəsi
Vacib deyil
Cins
Xanım Bəy
Uluagro MMC-dən vakansiya: Suvarma üzrə mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
– Bağ və əkin sahələri üzrə suvarma proqramlarının hazırlanması və icrasına nəzarət;
– Damcı suvarma sistemlərinin gündəlik fəaliyyətinin izlənməsi;
– Su sərfiyyatının optimallaşdırılması;
– Suvarma avadanlıqlarının texniki vəziyyətinə nəzarət;
– Torpaq rütubəti və bitkilərin su tələbatının monitorinqi;
– Suvarma üzrə hesabatların hazırlanması.
Namizədlərə tələblər:
– Təhsil: Aqronomiya, Meliorasiya, Su təsərrüfatı və ya digər uyğun ixtisas üzrə ali təhsil
– İş təcrübəsi: Təcrübəsi olmayan, lakin peşəsini inkişaf etdirmək istəyən yeni məzunlar da müraciət edə bilərlər, Suvarma sistemləri ilə iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
– Damcı suvarma sistemləri haqqında bilik;
– Analitik düşünmə və məsuliyyətlilik;
– Komandada işləmək bacarığı.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Qax rayonunda yerləşir. Namizədin daimi olaraq Qax rayonunda yaşaması və ya işə qəbul olunduqdan sonra Qax rayonuna köçməsi tələb olunur. Qax və ətraf rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600-1500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Suvarma üzrə mütəxəssis” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır


