
Dispetçer (bəy) tələb olunur
30 gün qalıb
Müraciət et
Dispetçer (bəy) tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
10/06/2026
Müraciət üçün son gün
10/07/2026
Şəhər
Siyəzən
Əmək haqqı
Min. 900₼/aylıq
İş təcrübəsi
1-3 il
Cins
Bəy
Siyəzən Broyler ASC-dən vakansiya: Dispetçer tələb olunur
Vəzifə öhdəlikləri:
– Avtopark və Traktorpark sahəsinə nəzarət edilməsi;
– Ərazidə işləyən ümumi texnikaların (kamaz, bekalator, Howo, su bunkerləri) bölgüsü və nəzarəti;
– Biogüvənliyi pozmadan inkubatoriyada işləyən “İsuzu” markalı maşınların bölgüsü və nəzarəti;
– Yem emalı zavodunda çalışan tır və “Howo” markalı xüsusi bunkerli yem daşıma maşınlarının biogüvənlik üzrə bölgüsü və nəzarəti;
– Ümumi ərazidə olan kənd təsərrüfatı texnikalarının (kotan diski, rotor – ot biçən, dərman səpən) bölgüsü və nəzarəti;
– Quş daşıma texnikalarının (tır, traktor, ateko) biogüvənlik üzrə bölgüsü və nəzarəti;
– Qrup şəraitində sifarişlərin qəbul edilməsi, şəhər və rayonlara nəqliyyat vasitələrinin yönləndirilməsi;
– Yönləndirilmiş bütün maşınlara GPS və kamera vasitəsi ilə tam dəqiq nəzarət etmək;
– Ümumi olaraq yönləndirilən bütün maşınların yanacaq hesabatını bilmək;
– Fabrikdə çalışan bütün əməkdaşların gediş-gəlişini ayrı sahələr üzrə biogüvənliyi pozmadan təmin etmək və xüsusən gecə gec saatlara və ya gecədən işə başlayan avtobuslara nəzarət etmək.
Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil olması üstünlükdür
– İş təcrübəsi: 1 ildən 3 ilə kimi
– Cins: Bəy namizədlər
– Yaş həddi: 30–40 arası namizədlər
– Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
– İşində dəqiq və məsuliyyətli olmaq;
– Kommunikasiya və komanda daxilində işləmə bacarığı.
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Siyəzən rayonu
– Nahar və servis şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 900 manat NET təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Dispetçer” yazaraq [email protected] epoçt ünvanına ya da (055)500-54-12 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



