
Hostess tələb olunur
30 gün qalıb
Müraciət et
Hostess tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
28/07/2026
Müraciət üçün son gün
27/08/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 800₼/aylıq
İş təcrübəsi
1 ildən aşağı
Cins
Xanım
Tamstore MMC-dən vakansiya: Hostess tələb olunur
Vəzifə öhdəlikləri:
– Marketə daxil olan müştəriləri gülərüz şəkildə qarşılamaq və yönləndirmək;
– Müştərilərə mağaza daxilində məhsulların və şöbələrin yerləşməsi barədə məlumat vermək;
-Kampaniya və endirimlər haqqında müştəriləri məlumatlandırmaq;
-Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək olmaq;
– Müştərilərdən daxil olan sual və müraciətləri aidiyyəti şöbələrə yönləndirmək;
– Market daxilində xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə vermək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: 1 ilə kimi
– Cins: Xanım namizədlər
– Yüksək ünsiyyət və təqdimat bacarıqları;
– Səliqəli xarici görünüş və gülərüz davranış;
– Məsuliyyətli və diqqətli olmaq;
– Komandada işləmək bacarığı;
– Müştəriyönümlü yanaşma;
– Rus dili biliyi (ingilis dili biliyi üstünlükdür).
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 13.00-dan 22.00-kimi
– İş yeri: Tamstore Nardaran (yaxın ərazilərdə yaşayanlara üstünlük verilir)
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hostess” yazaraq [email protected] epoçt ünvanına ya da (099)200-65-05 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



