Təsvir

  • Nə vaxt yerləşdirilib

    15/07/2026

  • Müraciət üçün son gün

    14/08/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    Min. 650₼/aylıq

  • İş təcrübəsi

    1-3 il

  • Cins

    Bəy

Tamstore MMC-dən vakansiya: Sürücü tələb olunur

Vəzifə öhdəlikləri:
– Maşını işə salıb isinməyini və həmin müddətdə mağaza sənədlərinin hazırlanmasını gözləmək, kabinkanın içini səliqəyə salmaq və ilk mağazaya yola düşmək;
– Maşının saz vəziyyətdə olmasının və təmizliyinin məsuliyyətini daşımaq
– Mağazaya çatdıqda malı maşından düşürüb səlahiyyətli şəxsə təhvil vermək;
– Mağazadan boş palet alıb palet aktına qeyd etmək və anbara təhvil vermək;
– Palet aktına plomb mağaza səlahiyyətlisi tərəfindən yazıldıqdan sonra maşını plomblamaq və növbəti mağazaya yola düşmək
– Maşın yükləndikdən sonra növbəti istiqamətə yola düşmək.

Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil önəmli deyil
– İş təcrübəsi: Ateko və İsuzu kimi yük maşınlarında sürücülük təcrübəsi
– Sürücülük vəsiqəsi : BC kateqoriyalı

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 08:00-dan 17:00-kimi, 21:00-dan 06:00-kimi
– İş yeri: Tam Store Meyvəli Anbar və Mərkəzi anbar
– Nahar şirkət tərəfindən qarşılanır

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 650 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sürücü” yazaraq (099)200-15-02 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır


5/5 - (1 səs)

İxtisas

Call employer