
Qeydiyyatçı (xanım) tələb olunur
30 gün qalıb
Müraciət et
Qeydiyyatçı (xanım) tələb olunur
30 gün qalıb
Müraciət etTəsvir
Nə vaxt yerləşdirilib
17/06/2026
Müraciət üçün son gün
17/07/2026
Şəhər
Bakı
Əmək haqqı
Min. 500₼/aylıq
İş təcrübəsi
1 ildən aşağı
Cins
Xanım
Antaris QSC-dən vakansiya: Qeydiyyatçı tələb olunur
Vəzifə öhdəlikləri:
– Ofisə gələn qonaqların qarşılanması və yönləndirilməsi
– Daxil olan zənglərin və e-poçtların cavablandırılması və aidiyyəti üzrə yönləndirilməsi
– Sənədlərin, bağlamaların qəbulu, qeydiyyatı və dövriyyəsinə nəzarət
– Elektron sənədlərin düzgün təsnifatı və serverə yerləşdirilməsi
– Satış qaimələrinin gündəlik skan olunaraq elektron bazaya əlavə edilməsi
– Baş ofisdə inzibati-texniki nəzarətin həyata keçirilməsi
– Ofis ehtiyaclarının Satınalma şöbəsinə yönləndirilməsi və icrasına nəzarət
– Korporativ nömrələrin proxy serverinə nəzarət
– İşə giriş-çıxış cədvəllərinin hazırlanması və təqdim edilməsi
– Rəhbərlik və İnsan Resursları şöbəsinin tapşırıqlarının icrası
Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil (mütləqdir)
– İş təcrübəsi: 1 ildən az iş təcrübəsi
– Cins: Xanım namizədlər
– Yaş həddi: 20–30 arası namizədlər
– Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı
– Rus və ingilis dillərini bilən namizədlərə üstünlük verilir
– MS Excel biliyi mütləqdir (MS Word, PowerPoint və e-poçt proqramlarında işləmə bacarığı ilə birlikdə)
-Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti
– Komandada işləmək, operativ qərar vermək və stressə davamlı olmaq bacarığı
– Şəxsi inkişaf və öyrənməyə açıq olmaq
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi (6-cı gün qısa iş günü 10:00-14:00)
– İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 46B
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qeydiyyatçı” yazaraq [email protected] epoçt ünvanına ya da (051)277-11-10 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır



