Mühafizəçi tələb olunur

30 gün qalıb

Müraciət et

Mühafizəçi tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    04/06/2026

  • Müraciət üçün son gün

    04/07/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    Min. 600₼/aylıq

  • İş təcrübəsi

    1-3 il

  • Cins

    Bəy

Az Protein Foods Group MMC-dan vakansiya: Mühafizəçi tələb olunur

Vəzifə öhdəlikləri:
– Şirkətə məxsus Təhlükəsizlik/İzləmə Video Kameralarına nəzarət
– Şirkət ərazisinə daxil olan və şirkət ərazisini tərk edən yük nəqliyyat vasitələrinin yükü təsdiq edən sənədlərinə nəzarət
– Əməkdaşların şirkətə daxil olarkən və şirkətdən çıxarkən yoxlanması
– Şirkətə gələn qonaqların/ziyarətçilərin qəbuluna nəzarət
– Şirkət daxili təhlükəsizlik nəzarəti
– Təhlükəli vəziyyət yarandığı hallarda müvafiq tədbirlərin görülməsi
– Xidməti zərurətlə əlaqədar müvafiq jurnallar, blanklar və kitablarda qeydiyyat aparılması.

Namizədlərə tələblər:
– Təhsil : Vacib deyil
– İş təcrübəsi : 1 – 3 il təcrübə mütləqdir
– Yaş həddi: 25 – 35 yaş
– Boy: min. 1.75
– Orta səviyyədə ofis proqramları üzrə biliklər

İş şəraiti:
– İş qrafiki: Növbəli
– İş yeri: Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir
– Nahar şirkət tərəfindən təmin olunur.

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühafizəçi” yazaraq [email protected] epoçt ünvanına ya da (050)265-48-98 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

 

guest
0 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
5/5 - (1 səs)
 

Call employer